Serhat Eren (1979, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Serhat Eren | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Diyarbəkir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Serhat Eren 1979-cu ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. 1998-ci ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub.[1]
Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Diyarbəkir şöbəsinin üzvüdür. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İdarə Heyətinin üzvü, həmçinin Diyarbəkir Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. HDP Məclis üzvü, İdarə Heyəti üzvü və həmsədrin müavini olub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evli və 2 uşaq atasıdır.[1]