Seria A ilin gənc futbolçusu

Seria A ilin gənc futbolçusu mükafatı "İtaliya Futbolçular Assossasiyası" tərəfindən təşkil edilmiş və 24 yaşdan aşağı futbolçulara təqdim edilən illik futbol mükafatıdır. Mükafatın təşkilatçısı həm də Oskar del Kalço mükafatlandırma gecəsinin bir parçasıdır.

Antonio Kassano mükafatı bir dəfədən artıq qazanmış yeganə futbolçudur. Klublardan isə "Roma"nın formasını geyinən 3 futbolçunun bu mükafatı qazanması sayəsində klub bu mənada fərqlənir. İlk qeyri italyan qalib isə 2008-ci ildə slovakiyalı Marek Hamşik olmuşdur.

Antonio Kassano mükafatı 2 dəfə qazanmış yeganə futbolçudur.
Pato 2009-cu ildə qalib olmuşdur.
De Rossi 2006-cı ildə qalib olmuşdur.
İl Oyunçu Klub
1997 İtaliya Filippo İnzaqi
Atalanta
1998 İtaliya Alessandro Nesta
Latsio
1999 İtaliya Françesko Totti
Roma
2000 İtaliyaRoberto Baronio
Recina
2001 İtaliya Antonio Kassano
Bari
2002 İtaliya Matteo Briqi
Bolonya
2003 İtaliya Antonio Kassano
Roma
2004 İtaliya Alberto Cilardino
Parma
2005 İtaliya Campaolo Pazzini
Fiorentina
2006 İtaliya Daniele De Rossi
Roma
2007 İtaliya Rikardo Montolivo
Fiorentina
2008 Slovakiya Marek Hamşik
Napoli
2009 Braziliya Aleksandre Pato
Milan
2010 Argentina Xavyer Pastore
Palermo
Klub Oyunçu Toplam
Roma 3 3
Fiorentina 2 2
Atalanta 1 1
Bari 1 1
Bologna 1 1
Latsio 1 1
Milan 1 1
Napoli 1 1
Palermo 1 1
Parma 1 1
Reggina 1 1

Daxili keçidlər

[redaktə | mənbəni redaktə et]