Sertifikatlı etik haker

Sertifikatlı etik haker — mütəxəssislərə EC-Council tərəfindən informasiya təhlükəsizliyi üzrə verilən sertifikatdır.

ABŞ Müdafiə Nazirliyi tərəfindən tanınır. Şəbəkə təhlükəsizliyi sahəsində müvafiq səviyyədə biliklərin olmasını təsdiq edir. Etik hakerlər, adətən təşkilatlar tərəfindən istifadə olunurlar, informasiya təhlükəsizliyi boşluqlarını aşkar etmək və aradan qaldırmaq məqsədilə hakerlərin istifadə etdikləri eyni metodlardan istifadə edərək şəbəkələrə və ya kompüter sistemlərinə daxil olmağa cəhdlər edirlər. CEH sertifikat imtahanı şəbəkə protokollarının, əməliyyat sistemlərinin və tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, rutkitlər, informasiyanın toplanması, şəbəkənin daranması və resursların inventarlaşdırılması, veb-serverlərin və simsiz şəbəkələrin sındırılması, informasiya təhlükəsizliyi vasitələrinin aldadılması, nüfuzetmə testləri, DoS hücumların, SQL-inyeksiya hücumlarının həyata keçirilməsi, seansların ələ keçirilməsi və s. kimi sahələri əhatə edir.

  • İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 160 səh.