Setif və Gelma qətliamı

Setif və Gelma qətliamı8 may 1945-ci ildə Əlcəzairin Setif, GuelmaKherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.

Setif və Gelma qətliamı
Ümumi məlumatlar
28° şm. e. 2° ş. u.HGYO
Ölü sayı
  • 1.500
  • 45.000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Əlcəzair Fransa üçün olduqca əhəmiyyətli ərazi olmuşdur. XIX əsrə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransanın torpaqlarına qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı.

1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi əsnasında, Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insanı qətlə yetirən Fransa rəhbərliyi, bu tətbiqi əsnasında tək deyildi. Dünyadakı hər cür İslami addımı özünə qarşı təhdid sayan İsrail rəhbərliyi, Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək vermişdi.

Dövrün "La Croix" jurnalı müxbirlərindən olan Jacques Duquesne işgəncələr haqqında belə yazır: "İşgəncə və insanların itməsi problemləri beyinləri davamlı şəkildə məşğul edirdi. Kişilər, bəzən də qadınlar həbs olunur və daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlərinin daş bağlanaraq dənizə atıldığı bilinirdi. Saylarının 3 mindən artıq olduğu irəli sürülürdü, amma Əlcəzair bələdiyyə başçısı Jacques Chevallier, 5 mindən artıq bir rəqəmdən bəhs edirdi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu isə, qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu ləyənə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı saxlanması təmin edilirdi. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim."

Şahidlərin dilindən

[redaktə | mənbəni redaktə et]
  • Kef əl Bumbadan olan bir şahidin dilindən: "Mən gözlərimlə gördüm ki fransızlar beş nəfəri əlləri bağlı yerə sərərək üzərilərinə benzin tökərək diri-diri yandırdılar."
  • Fransa ordusu alçaldıcı mərasim düzəldərək: Yerli sakinləri - əlcəzairliləri Fransa bayrağı altına yerə yıxaraq xorla: "Biz itik və Fərhat Abbasda itdir" deməyə məcbur edirdilər. Yüzlərlə əlcəzairli tabe olmadıqlarına görə qətlə yetirirdi[1].
  • Yazıçı Ketab Yasin o dövrdə məktəbli olmuş və Setifdəki qətliamı belə xatırlayır: "8 may nümayişi dinc keçirdi, amma nəticəsi onlarla qurbanlar oldu, anam huşunu itirdi (...) Biz gördük ki, hər küçədə çoxlu meyidlər var. Ədalət kordur, bu böyük bir qətliyamdır"[2].
  1. "Mohamed Harbi: Die Anfänge des Algerienkrieges, 2005". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-25.
  2. "La situation politique de l'Algérie en 1945 est exposée dans l'article aux origines de la guerre d'Algérie". 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]