Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti.
Sevil Hacıyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1968 |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 2000 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1985–2000 |
Üzvlüyü | Karvan |
Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə[1] Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır. 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. "Bakı Payızı-88", "Yurmala-89" laureatlarının qalibi olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür.
Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür.
Müğənni 12 oktyabr 2000-ci ildə bir şəxslə Qərbi Hollivudda yerləşən Şimali Robertson Bulvarının 470-ci blokunda gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizə aparan zaman sifətindən bir güllə ilə yaralanır.[2] Karvan qrupunun solisti Sevil Hacıyeva Hollivud-Hills (Forest-Loun) qəbiristanlığında dəfn olunmşdur.[3]