Sevil İnşalla qızı Hacıyeva (16 iyul 1975, Bakı) — Azərbaycanin ilk qadın dirijoru, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, BMA-nın dosenti, Azərbaycan Dövlət Akademik Opera və balet teatrının baş xormeysteri və dirijoru.
Sevil Hacıyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 iyul 1975 (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xormeyster[d] |
Mükafatları |
Sevil İnsalla qızı Hacıyeva 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə almışdır. 1999-cu ildə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirmişdir. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir.
2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “ Mahnı və rəqs “ ansamblında xormeyster vəzifəsində çalışmışdır.
2003-cü ildə Sevil Hacıyeva Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilmişdir. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası Sevil Hacıyevaya həvalə olundu. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək Sevil Hacıyeva ilk qadın dirijoru adını qazandı. Bundan əlavə Sevil Hacıyeva Üz. HAcıbəylinin “O, olmasın, bu, olsun ”, “ Arşın mal alan ” musiqili komediyalarına , M.Maqomayevin “ Şah İsmayıl ”, Z. Hacıbəyovun “ Aşıq Qərib “ operalarına, həmçinin bir neçə balet tamaşalarına - İ. Ştrausun “ Düyməcik ” və Əfrasiyyab Bədəlbəylinin “ Qız qalası ” baletlərinə müvəffəqiyyətlə dirijorluq edir.
Sevil Hacıyeva 2013 –cü ildə Üz. Hacıbəylinin daha bir ölməz əsəri “ Əsli və Kərəm ”, 2019-cu ildə Nazim Əliverdibəyovun “ Cırtdan ” operasını bərpa etmişdir.
Sevil Hacıyeva Opera və balet teatrının kollektivi ilə Qətər dövləti və Türkiyə respublikasında keçirilən qastrol səfərlərində, eyni zamanda Azərbaycanda keçirilən “ Üz. Hacıbəyli “ adına Beynəlxalq musiqi festivalı və beynəlxalq “ İpək yolu “ festivallarında , həmçinin bölgələrə qastrol səfərlərində uğurla çıxış edərək orkestri böyük məharətlə idarə etmişdir.
7 may 2020-ci ildə[1], 7 may 2021-ci ildə[2] və 10 may 2022-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.