Sevim Gözay (türk. Sevim Gözay; 19 dekabr 1972, İstanbul – 14 yanvar 2021, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və televiziya proqramçısı.[1]
Sevim Gözay | |
---|---|
türk. Sevim Gözay | |
Doğum tarixi | 19 dekabr 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 2021 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | limfoma |
Dəfn yeri | Veysəl Qarani qəbirstanlığı |
Milliyyəti | Türkiyəli |
Fəaliyyəti | TV proqramçısı, jurnalist və yazıçı |
Fəaliyyət illəri | 1993-2021 |
Tanınır | Cosmopolis (CNN Türk), Sinematik Portakal (TV8) |
Mükafatları | Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı (2001-2002) |
Gözay 19 dekabr 1972-ci ildə İstanbulda anadan olub.[2] 1993-cü ildə media sənayesinə qədəm qoydu. Hazırlamış və təqdim etdiyi; CNN Türk-də yayımlanan "Cosmopolis" və TV8-də yayımlanan "Cinematic Portağal" aktual xəbərləri ilə tanındı. Kanal D, TV8, ATV, Show TV, Xəbərtürk, Sky 360, CNN Türk və TRT kanallarında çalışıb.[3] 2001 və 2002-ci illərdə iki dəfə Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı ilə mükafatlandırıldı. Son verilişi 2020-ci ildə Allianz Motto Music kanalında Sevim Gözay ilə Maraq Edirəm oldu.[4]
Gözay, 14 yanvar 2021-ci ildə İstanbulun Kartal şəhərində, 48 yaşında limfa xərçəngi səbəbiylə öldü.[5] Cənazəsi, Samandıra'daki Veysəl Qarani qəbiristanlığında dəfn edildi.[6]