Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sevinc Zakir qızı Abbasova — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru, genderşünas.
Sevinc Abbasova | |
---|---|
Sevinc Zakir qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | Əsas tədqiqat sahəsi: Azərbaycan tarixi üzrə mütəxəssis, genderşünas |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Sevinc Zakir qızı Abbasova 27 avqust 1976-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1983–1993-cü illər Naxçıvan şəhər 7 saylı orta məktəbində oxuyub və oranı əlaçı attestatı ilə bitirmişdir. 1993–1997-ci illər Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997–1999-cu illərdə isə həmin universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009–2013-cü illər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında dosent vəzifəsində işləyir.
Ailəlidir, iki qızı, bir oğlu, bir nəvəsi var.
Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasında dissertant olmuş, 2004-cü ildə "Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi" mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə "Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970–2015-ci illər)" mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müstəqillik illərində dövlət gender siyasətinin formalaşmasını öyrənən tədqiqatlar sırasında mühüm yer tutur.
Bununla yanaşı, "Körpəm" (2007), "Azərbaycan beynəlxalq əlaqələrində nikah diplomatiyası (qədim dövr-XVIII)" (2013), "Nəsillərə örnək: Azərbaycan qadını (qədim dövr-orta əsrlər-XIX əsr)" (2014), "Azərbaycan qadını: sosia-iqtisadi və mədəni tərəqqidən sistem transformasiyalarına doğru (1970–1990-cı illərin əvvəlləri)" (2014), "Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi" (2014) kitablarının, 40-dan çox elmi və publisistik məqalənin müəllifidir.
Sevinc Abbasova tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsini yaratmaqla, cəmiyyətin qadınlara münasibətdə daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını nəzərdən keçirir. Müəllif kitablarında tarxşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə sosial-iqtisadi həyatımızda əldə olunan uğurları nəzər nöqtəsinə çəkmiş, qadınların minimal və maksimum iştirak etdikləri sahələri dəqiqləşdirmiş və qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir. Müəllifin elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, gender münasibətlərini daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyali adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.
Sevinc xanım dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə həyat missiyasına — Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması və inkişafı idealına sadiq qalır. Bu mənada o, bir neçə sosial layihənin iştirakçısı, təşkilatçısı və rəhbəri olaraq bir çox beynəlxalq konfranslarda iştirak edib. 2006-cı ildə "Azərbaycanda: Təhsildə gender bərabərliyi’ layihəsində iştirak etmiş, Naxçıvan Muxtar Respublikasında "Milli rəqs geyimləri"nin və "Xanlıqlar dövrünün saray geyimləri"nin hazırlanmasını və nümayişini təşkil etmişdir. "Məsum qurbanlar" və Azərbaycan Respublikası ilə diplomatik münasibəti olan ölkələrin milli geyimlərinin əks etdirən "Dünya ölkələrinin milli geyimləri" layihəsinin müəllifidir. Həmçinin müasir Azərbaycan kinosunun, milli-mənəvi və mədəni dəyərlərin təbliği məqsədilə "Azərbaycan kinosu milli mədəni irsin daşıyıcısı kimi" layihəsini həyata keçirmişdir.
Sevinc Abbasovanın Nəsillərə örnək: Azərbaycan qadını (qədim dövr-orta əsrlər- XIX əsr) adlı kitabı əsasında Naxçıvan Dövlət Televiziyasında "Qönçeyi-Ülfət" verilişi hazırlanır və müəllif mütəmadi olaraq verilişə qonaq qismində dəvət olunur.
Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı hazır ki dövrdə xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli geyimlər maddi-mədəniyyətin bir növü kimi xalqı səciyyələndirən, fərqləndirən, milli cəhətdən sonrakı dövrlərə çatdıran vacib etnoqrafik faktlardır. Azərbaycan milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi-mənəvi mədəniyyətinin nəticəsidir. Geyim xalqın tarixi ilə çox sıx əlaqədardır. Belə ki, xalqın mədəniyyətini, ona xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın etnik nişanələrinə aiddir. Azərbaycan milli geyimlərində xüsusilə, biçim, forma, tikmə elementlərində, bəzəklərdə, yerli xalqın dünyagörüşü, estetik zövqü, uzaq keçmişlərdən gələn adət-ənənəsi qabarıq səpkidə əks olunmuşdur. Azərbaycan milli geyimləri üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətinin tərkib hissələrindəndir. "Xanlıqlar dövrünün Milli geyimləri" layihəsi Azərbaycan milli geyimlərini təbliğ və Azərbaycanın ayrı-ayrı tarixi dövrlərinin xüsusiyyətlərini əks etdirən geyimləri geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə təşkil olunmuşdur.
Sevinc xanım 2014-cü ildə müəllifi olduğu "Oxumağı sevdirmək" layihəsi çərçivəsində ilk dəfə Naxçıvan şəhərində "Möminə Xatın" kitab kafesini açaraq gəncləri kitab oxumağa həvəsləndirməyə çalışır. Azərbaycan xalqının kitaba münasibəti, əhalinin mütaliə səviyyəsi tarixən yüksək hesab edilir. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə düşündürən məsələlərdən biri də cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafının lazımi səviyyədə olmamasıdır. Xüsusən, gənclərdə mütaliəyə marağın aşağı düşməsi təhlükəli bir tendensiyanın xəbərçisidir. Bu da müstəqillik illərində respublika kitabxanalarından xidmətin təşkilini keyfiyyətcə yeni vəzifələrin həyata keçirilməsini tələb edir. Yeni şəraitdə mütaliənin məzmununda baş verən dəyişikliklər yeni xidmət növlərinin istifadəsi üçün şərait yaratmalıdır. Bu proses yeniyetmələrin milli tərbiyəsini, bədii estetik zövqünü formalaşdırmaq üçün yeni nəzəri metodik əsasların işlənib hazırlanması, yeni azad cəmiyyətin tərbiyəsinə uyğun prinsiplərin yaradılması və ondan istifadə edilməsini zəruri edir. Odur ki, yeni şəraitdə kitabxana-informasiya xidmətini yeniləşdirmək üçün yaşadığımız informasiya cəmiyyətinin tələblərinə cavab verməyi qarşısına məqsəd qoyan formatların hazırlanması məsələsi mühüm əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi mühitə və ehtiyaca uyğun olaraq gənclərin milli tərbiyə prosesinin əsas tərkib hissələrindən olan mütaliə mədəniyyətinin formalaşmasındakı problemləri aradan qaldırmaqdır. Çünki yeniyetmələrin mütaliəsi onun lazımı tərbiyə almasına, şəxsiyyətinin formalaşmasına çox güclü təsir göstərir. Xalqda milli mənlik şüurunu inkişaf etdirmədən milli ləyaqət, milli vətənpərvərlik hissi aşılamadan onu qlobal mədəniyyət yoluna çıxarmaq təhlükəlidir. Gənclərə aşılanması zəruri olan mənəvi keyfiyyətlər içərisində vətənpərvəliyin və insanpərvərliyin mənəvi əsası mütaliyə yolu ilə formalaşdırılmalıdır.
Azərbaycan Respublikası ilə diplomatik münasibəti olan ölkələrin milli geyimlərinin əks etdirən "Dünya ölkələrinin milli geyimləri" layihəsi ictmaiyyət tərəfindən maraqla qarşılanmışdır. Əsrlər boyu xalqların tarixindəki dəyişikliklər özünü həmin xalqın geyimində və məişətində büruzə verir. Məhz bu səbəbdən, geyim tarixi bəşəriyyət tarixini özündə əks etdirən güzgü hesab edilir. Dünya ölkələrinin milli geyimləri dedikdə yalnız geyim tərzi nəzərdə tutulmur. Dünya ölkələrinin milli geyimləri geniş anlamda mədəniyyətin bütün zahiri formalarını özündə cəmləşdirir: məişət, həyat tərzi, nəqliyyat və əlbəttə ki geyim. Geyim-tarix boyu dəyişikliklərə məruz qalıb. Bu da zamanla geyimin dəyişməsi və yaxud modanın dəyişməsi deməkdir. Dünya ölkələrinin milli geyimləri yəni geyim tərzi daima yenilənir, inkişaf edir. Hər bir tarixi dövr ərzində baş verən hadisələr əlbəttə ki, insanların geyim tərzində də öz əksini tapır. Cəmiyyət inkişaf edirsə, ölkələrinin milli geyimləri da inkişaf edəcəkdir, yenilənəcəkdir. Dünya ölkələrinin milli geyimləri üzrə maarifləndirmə işinin təşkili dünya ölkələrinin mədəniyyət sahəsində Azərbaycanın həm beynəlxalq həm də çoxmədəniyyətlilik siyasətinin tərkib hissələrindəndir. Layihə dünya ölkələrinin milli geyimlərinin təbliği və dünya ölkələrinin ayrı-ayrı tarixi etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirən geyimləri geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə təşkil olunmuşdur.
Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın mədəni-mənəvi tələblərinə cavab verməyə çalışmış və milli ruhun qorunub saxlanması işinə xidmət etmişdir. Dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də Azərbaycan kinematoqrafiyası müəyyən uğurlar qazana bilmişdir. Bununla yanaşı, respublikada kino sahəsinin inkişafı istiqamətində müəyyən problemlər müşahidə olunmaqdadır. Kino incəsənətin geniş yayılmış növlərindən biri kimi bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynayır. Məhz bu baxımdan kinematoqrafiya sahə üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətinin tərkib hissələrindəndir. "Azərbaycan kinosu milli mədəni irsin daşıyıcısı kimi" layihəsi müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə təşkil olunmuşdur.
"Məsum qurbanlar" layihəsinin məqsədi abortun qadınlar üçün gələcəkdə yarada biləcəyi fəsadlar haqqında geniş kütlənin maarifləndirilməsi və ana bətnində öldürülən məsum körpələrin həyatlarının xilasıdır. Gənc qızların və yeni ailə həyatı qurmuş gənclərin cinsi ve reproduktiv sağlamlıq mövzusunda maariflənməsi cəmiyyətimizin qarşısında duran böyük problemlərdən biridir. Layihə Azərbaycanda tək qadınlara deyil eyni zamanda kişilərə də bu problemin mahiyyətinin və onun yarada biləcəyi fəsadların izah olunmasını özündə ehtiva edir. Layihənin icrası nəticəsində Azərbaycanda qadınlar abortun yarada biləcəyi fəsadlar barəsində maarifləndiriləcək, çap olunub geniş auditoriyaya paylanacaq kitab və təşkil olunacaq treninqlər bu problemə yanaşma tərzini dəyişərək ona daha ciddi yanaşılmasına səbəb olacaqdır. Ailə planlaşdırılması məsələsi gənc ailələr üçün prioritet məsələ olaraq irəli çəkiləcəkdir.
KİTABLAR
1. Körpəm. Bakı: Elm, 2007, 132 s.
2. Nəsillərə örnək: Azərbaycan qadını (qədim dövr-orta əsrlər- XIX əsr). Bakı: Elm və təhsil, 2014, 160 s.
MONOQRAFİYALAR
3. Azərbaycan qadını: sosial-iqtisadi və mədəni tərəqqidən sistem transformasiyalarına doğru (1970–1990-cı illərin əvvəlləri). Bakı: Elm və təhsil, 2014, 152 s.
4. Azərbaycan Respublikasında dövlət qadın siyasəti və qadınların tərəqqisi. Bakı: Elm və təhsil, 2016, 545 s. DƏRSLİK
5. Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi. Bakı: Elm və təhsil, 2014, 228 s.
METODİK VƏSAİT
6. Azərbaycan beynəlxalq əlaqələrində nikah diplomatiyası (qədim dövr-XVIII). Bakı: Elm və təhsil, 2013, 68 s.
DƏRS VƏSAİTİ
7. Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970–2015-ci illər), Naxçıvan, 2019, 450 s.
MƏQALƏLƏR
8. Naxçıvan ziyalıları qadın azadlığı və təhsili haqqında AMEA-nın "Elmi axtarışlar"ı. 2001, IV toplu, s.252–256
9. Naxçıvan qadınlarının ictimai istehsala cəlb edilməsi məsələsinə dair. AMEA-nın "Elmi axtarışlar"ı. 2001, VI toplu, s.232–235
10. Naxçıvanda qadın təhsilinin inkişafı (XX əsrin 20–30-cu illəri). Bakı Dövlət Universitetinin "Dil və ədəbiyyat" jurnalı. 2001, № 2 (31), s.158–159
11. Naxçıvan qadınları İkinci Dünya Müharibəsi dövründə Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2002, № 9, s.113–115
12. Böyük Vətən Müharibəsi dövründə Naxçıvan qadınlarının Muxtar Respublikanın ictimai-siyasi və sosial-mədəni həyatında iştirakı. Bakı Dövlət Universitetinin "Tarix və onun problemləri" jurnalı. 2002, № 3, s.75–77
13. Müasir dövrdə Azərbaycan qadınlarının sosial fəallığı problemi (Naxçıvan Muxtar Respublikasının materialları əsasında). AMEA-nın "Elmi axtarışlar"ı. ("Filologiya məsələləri"nin xüsusi buraxılışı), 2004, XI toplu s.77–81
14. XX əsrin 30-cu illərində Azərbaycanda gənc qadın və qızların təhsilə, mədəni və ictimai həyata cəlb edilməsi təcrübəsindən. AMEA-nın "Elmi axtarışlar"ı. 2006, XXVII toplu, s.264–267
15. Respublikanın mədəni quruculuq işlərində qadınların rolu (1993–2003-cü illərdə). Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "Heydər Əliyevin dövlətçilik irsi və müstəqil Azərbaycanın inkişaf modeli" mövzusunda doktorant və disertantların elmi konfransının materialları. Bakı: Mütərcim, 2012, s.249–255
16. Müstəqil Azərbaycan qadınlarının ilk qurultayları qadın hərəkatının inkişafında yeni mərhələ kimi. Bakı Dövlət Universitetinin "Tarix və onun problemləri" jurnalı. 2013, № 4, s.227–234
17. Heydər Əliyev və 1970–82-ci illərdə Azərbaycanda qadın siyasətinin bəzi məsələləri. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. 2013, № 2(42), Bakı: "DİA-nın nəşriyyatı", s.165–172
18. Azərbaycan Respublikasında qadınların ictimai-iqtisadi fəallığı məsələləri. Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2013, № 2(53), s.96–103
19. XVI əsr Osmanlı qaynaqlarında Naxçıvan və Duzdağ. Naxçıvan: ilkin şəhər və Duzdağ beynəlxalq simpozium. Naxçıvan: Əcəmi, 2013, s.75–86
20. Qadınların ictimai istehsalata cəlb olunması: kəmiyyət və keyfiyyət dəyişiklikləri "işləyən ana" sovet gender kontarktı kontekstində (1970–1980-ci illərin əvvəlləri). Bakı Dövlət Universitetinin "Tarix və onun problemləri" jurnalının xüsusi buraxılışı.2014, s.120–125
21. Müasir dövrdə Naxçıvan Muxtar Respublikası qadınlarının sosial-iqtisadi vəziyyəti. Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2014, № 6 (62), s.125–132
22. Heydər Əliyev və Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin əsas istiqamətləri. AMEA Naxçıvan Bölməsinin "Xəbərlər"i. 2014, cild 10, № 1, s.83–93
23. Azərbaycan Xalq Cümhuriyyəti və qadın hüquqları məsələsi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş respublika elmi konfransının materialları. Bakı: Təhsil, 2014, s.84–90
24. Ilham Aliyev and socio-political activity of women in Azerbaijan. Национальный Педагогичeckий Университет имени М. П. Драгоманова, Украинская Академия Наук, "Гiлея" науковой вестник, Киев, 2014, Выпуск № 2(81), s.253–258
25. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində fundamental transformasiyalar və Azərbaycan qadınlarının sosial-iqtisadi vəziyyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Xəbərlər"i. 2014, № 4, s.115–121
26. 1980-ci illərin ikinci yarısı 1990-cı illərin əvvəllərində Azərbaycanda qadınların sosial-siyasi fəallığı məsələlərinə dair. AMEA-nın "Xəbərlər"i. 2015, № 1, s.184–194
27. Heydər Əliyev və Azərbaycan Respublikasında gender qanunvericiliyinin təşəkkülünün bəzi məsələləri (1993–1997-ci illər). Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2015, № 2(67), s.106–112
28. Heydər Əliyev və Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun əsas istiqamətləri. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Bakı: DİA-nın nəşriyyatı. 2015, № 1(49), s.199–206
29. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu kontekstində dövlət qadın siyasətinin institusional əsaslarının formalaşması (1998–2003-cü illər). İstanbul Aydın Üniversitesi Türkiye Araştırmaları Merkezi, "Küreselleşen dünyada kadın ve siyaset uluslararası kongresi" beynəlxalq elmi konfransın materialları. İstanbul, 2015, s.739–755
30. Azərbaycan Respublikasının hüquqi məcəllələrinin gender aspektləri. İstanbul Aydın Üniversitesi Türkiye Araştırmaları Merkezi, "Küreselleşen dünyada kadın ve siyaset uluslararasi kongresi" beynəlxalq elmi konfransın materialları. İstanbul, 2015, s.755–771
31. XX əsrin 70–80-ci illərində Naxçıvan MR qadınlarının ictimai-iqtisadi və sosial-mədəni inkişafı məsələləri. AMEA Naxçıvan Bölməsinin "Xəbərlər"i. 2015, cild 11, № 3, s.98–108
32. Naxçıvanın Muxtariyyət Tarixinin Gender Aspektləri. Naxçıvanın Muxtariyyəti tarixi nailliyyətdir (04–05 iyul 2014-cü ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan, 2015, s.127–131
33. Involvement of women in social production: quantitative and qualitative changes in the context of the soviet gender contract "working mother" (1970 — early 1980s). The Caucasian International Research Center for Geohistory and Geopolitics. The Caucasus And The World International scientific journal. 2015, № 20, s.127–130
34. Azərbaycan Respublikasında qadın qeyri-hökumət təşkilatlarının yaranması və fəaliyyəti tarixindən (1991–1997-ci illər). Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2015, № 6 (71), s.9–14
35. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun yeni mərhələsi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "Heydər Əliyev irsi və Azərbaycan Respublikasının davamlı inkişafı" mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransının materialları. Bakı: Təhsil, 2015, s.205–216
36. İnsan hüquqlarının gender ölçülməsi: beynəlxalq qadın hüquqları institutunun inkişafı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Xəbərlər"i. 2014, № 1, s.147–155
37. The gender dimension of human rights: the development of the Institute for Internatinoal Women's Rights. The International journal of Human Resources Management. 2015, vol 26, Issue 22, s.70–87
38. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və qadınlar. Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i. 2016, № 6(75), s.56–65
39. Azərbaycan Respublikasında qadın qeyri-hökumət təşkilatları yeni inkişaf mərhələsində (2007–2013-cü illər). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan: "Qeyrət" nəşiriy-yatı, 2016, № 6 (79), s. 120–125
40. Eynəli bəy Sultanovun Naxçıvan qadın hərəkatının formalaşmasında rolu. Naxçıvan Muxtar Resplikasının Ali Məclisinin Naxçıvan jurnalı, Naxçıvan: "Əcəmi" nəşiriyyatı, 2016, № 34, s.120–125
41. "Kitabi-Dədə-Qorqud" dastanında qadın-ana kultu:qadınların döyüşlərdə iştirakı. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Xəbərləri, Naxçıvan: Tusi, 2016, cild 12 № 1, s.252–256
42. Formation of the institutional framework of the state policy regarding women in the Republic of Azerbaijan in the context of building the rule of law (1998–2003). BEST: International Journal of Humanities, Arts, Medicine and Sciences (BEST: IJHAMS) ISSN (P): 2348–0521, ISSN (E): 2454–4728 Vol. 4, Issue 11, Nov 2016, 61–68
43. Azərbaycan Respublikasında qadın sahibkarlığının inkişafının bəzi məsələləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan: "Qeyrət" nəşiriy-yatı, 2017, № 2(83), s. 101–108
44. Heydər Əliyev və Türkiyə — Naxçıvan Əlaqələri (1991–1993). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfransın materialları, Bakı, 2018 s. 75–79
45. Doğu kadının emansipasiyası. Nahçivan Özerk Cumhuriyeti deneyimi. IV. Uluslararası Hamza Nigârî, Azerbaycan Cumhuriyetinin kuruluşunun 100. Yilinda Türkiye Azerbaycan ilişkileri sempozyumu, Amasiya, 2018, s. 354–363.
46. Naxçıvan Muxtar Respublikasında qadınların sosial-iqtisadi tərəqqisi. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Resplikasının 95 illiyinə həsr olunmuş respublika elmi konfransı, 2019, s. 26–33
47. Naxçıvan — zəngin tarixin, islam mədəniyyətinin və çağdaş dəyərlərin paytaxtı. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Axtarışlar jurnalı, Naxçıvan: Tusi, 2019, cild 9 № 1, 237–245