Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 59 dəqiqə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qiyasbəyli Sevinc Ramiz qızı — həkim onkoloq tibb elmləri doktoru, professor, Milli Onkologiya Mərkəzi I kimyaterapiya şöbəsində böyük elmi əməkdaşı.
Sevinc Qiyasbəyli | |
---|---|
Sevinc Ramiz qızı Qiyasbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Ramiz Qiyasbəyli |
Anası | Nərminə Məmmədova |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Milli Onkologiya Mərkəzi |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Nəcib bir ailədə dünyaya gələn Sevinc Qiyasbəyli 1966-cı ildə Bakı şəhərində anadan olub. Atası ziyalı Ramiz Qiyasbəyli anası görkəmli müğənni Nərminə Məmmədova olub. 1984-cü ildə orta məktəbi bitirib və Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini daha sonra həkim interna terapiya kafedrasını bitirib. 1991–2004 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində həkim-onkoloq vəzifəsində işləmişdir. 2004-cü il Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində böyük elmi əməkdaş vəzifəsində çalışır. 1994-cü ildə "Yayılmış qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində Vepezidin effektivliyi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə, ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2004-cü ildə "Yayılmış bəd xassəli şiş olan xəstələrdə qaraciyərin funksional vəziyyəti" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiyasını müdafiə edib. Həmin ildə, ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.