Bütün Seyşellilər, birləşək! (Seyşel dilində:Koste Seselva) - Seyşel adalarının himnidir.
Seyşel adaları müstəqil olduqdan sonra 1976-cı ildə "Qürurlu Seyşel" adanın dövlət himni olaraq qəbul edildi.1996-cı ildə himn ləğv edildi və iyun aylarında himn müsabiqəsi keçirildi.Himn müsabiqəsi gizli keçirilirdi, buna görə də, namizəd marşlar və bəstəkarlar bilinmədi.
Himn Seyşel fransızı Devid Fransua Mark Andre və Corc Çarlz Robert Payet tərəfindən yazılıb. Payetin sözlərinə görə, himn bir gündə yazılaraq müsabiqəyə namizəd olub. Əslində, Devid Andre başqa bir yazıçı ilə-Antuan Azemiya ilə işləməli imiş.Lakin, Azemiya bu təklifi qəbul etməyib və çox böyük bir fürsəti əldən verib.
Nəticədə, 1996-cı ilin 18 iyunu həmin mahnı qalib gələrək Seyşelin himni oldu. Mahnı həmin gün Dirijor Anatoli Savantinovun rəhbərlik etdiyi orkestr tərəfindən səsləndi.
Sesel ou menm nou sel patri
Kot nou viv dan larmoni.
Lazva, lanmour ek lape.
Nou remersye Bondye.
Preserv labote nou pei.
Larises nou losean.
En leritaz byen presye.
Pour boner nou zanfan.
Reste touzour dan linite.
Fer monte nou paviyon.
Ansanm pou tou leternite.
Koste Seselva!
Seyşel adaları Vətənimizdir,
Harmoniyayla yaşadığımız yer.
Xoşbəxtlik,sevgi və sülh var,
Yalnız Rəbbə şükür edirik!
Ölkəmizin gözəlliyini qoruyun,
Okeanlarımızın zənginliyini,
Çox qiymətli bir mirasdır,
Uşaqlarımız üçün.
Gəlin həmişə birləşib
Bayrağımızı qaldıraq!
Əbədi olmaq üçün birlikdə,
Bütün Seyşellilər, birləşək!