Seyfəddin Gülverdi oğlu Rzasoy - AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
Seyfəddin Rzasoy | |
---|---|
Seyfəddin Gülverdi oğlu Rzasoy | |
Doğum tarixi | |
Doğum yeri | Bəydili, Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
İş yeri | AMEA-nın Folklor İnstitutu |
Seyfəddin Rzasoy 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Hazırda AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiridir.
1997-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2013-cü ildən filologiya elmlər doktorudur.
2010-cu ildə dosent, 2019-cu ildə professor elmi adlarını almışdır.
S.Rzasoy folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 250-dən çox elmi məqalənin müəllifidir.
1. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri. Bakı, “Tural-Ə” NPM, 2002, 121 s.
12. Muğanlıda Novruz karnavalı. Tiflis, 2014, 103 s.
13. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı, “Elm və təhsil”, 2015, 436 s.
14. Ustad-namə. Naxçıvan, “Nuh”, 2016, 107 s. (R.Babayevlə birgə)
15. Əbülqazi "Oğuznamə"sinin ritual-mifoloji semantikası. Mersin, "Mer-Ak", 2020
16. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 2 cild. Sənətkar, mətn və mühit məsələləri. Bakı, “Elm və təhsil”, 2020, 308 s.
17. "Kitabi-Türkman lisani" oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı, “Elm və təhsil”, 2020, 472 s.