Seyidşah Məmmədov (tam adı: Seyidşah Qəmli oğlu Məmmədov; 14 aprel 1968, Quba) — aktyor.
Seyidşah Qəmli oğlu Məmmədov 14 aprel 1968-ci ildə Qubanın Nügədi kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivalında iştirak etmişdir. Bu illər ərzində 30-dan çox rollar oynamış, bədii film və televiziya tamaşlarında iştirak etmişdir. S.Məmmədov 2002-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.
Bir neçə film, serial, reklam və kliplərdə çəkilmişdir. Evlidir.
- Aparıcı — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə)
- İfrit — ("İfritin kələyi", Y.Şvarts)
- Müsyö Jordan — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov)
- Fokt — ("Hekayəti-Xırsi-quldurbasan", M.F.Axundov)
- Qırıntı — ("Sən məni atmazsan ki...", C.Steynbek)
- Brabansio — ("Otello", V.Şekspir)
- Firs — ("Albalı bağı", A.P.Çexov)
- Estereqon — ("Qodo həsrətində", S.Bekket)
- Jeront — ("Skapenin kələyi", J.B.Molyer)
- Tərki dünya — ("Ruh", K.Abdulla)
- Brak — ("Qedda Qabler", H.İbsen)
- Qara — ("Axırıncı qatar, yaxud itlər", İ.Fəhmi, O.Kazımi)
- Hacı Salah, oyunçu — ("Sərgüzəşti vəziri Xani Lənkəran", M.F.Axundzadə)
- Kirayənişin — ("Ağ gecələr", F.Dostoyevski)
- Prezident — ("Məkr və məhəbbət", F.Şiller)
- Terezi — ("Şah Edip", Sofokl)
- Dövlət bəy — ("Aydın", C.Cabbarlı)
- Platon — ("Şeyx Sənan", H.Cavid)
- Mister Braunlou — ("Oliver Tvistin macəraları", Ç.Dikkens)
- Ata — ("Göyçək Fatma", Azərbaycan xalq nağılı)
- Kapuletti — ("Romeo və Cülyetta", U.Şekspir)
- Nikola — ("Don Rafael trambonçu", Peppino De Filippo)
- Loğman — ("Əlincə qalası", Dilsuz)
- Əlləz — ("Qaraca qız", S.S.Axundov, A.Şaiq)
- Karlo ata — ("Buratinonun macəraları", A.Tolstoy)
- Françesko, Nikola — ("İtalyansayağı xoşbəxtlik", D.Fo, P.Filippo)
- Bir anın həqiqəti (film, 2003)
- Cavad xan (film, 2009)
- Muradına çatan Günəş