Seyidəkəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidində tərkibində kənd.[1]
Seyidəkəran | |
---|---|
38°42′ şm. e. 48°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi 1048 nəfərdir.[2]
Lənkəran ovalığında yerləşir. Kənd qərbdən Tütəpeştə kəndi, cənubdan Xolmili kəndi, şərq tərəfdən isə Kənarmeşə kəndi ilə həmsərhəddir.
Oykonim seyid (dini rütbə) və kəran (evlər) komponentlərindən düzəlib (-ə mənsub, bildirir), “seyidlərin evləri” mənasındadır.[3]
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[4]