Hadıyev Seyid Qasım Mir Rəhim oğlu (1928, Bakı şəhəri) — texnika elmləri doktoru.
Seyid Qasım Hadıyev | |
---|---|
Hadıyev Seyid Qasım Mir Rəhim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Hadıyev Seyid Qasım Mir Rəhim oğlu Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra respublikanın neft mədənlərində işləmişdir. 1953-1955-ci illərdə Geologiya və yanar qazıntıların işlənilməsi institutunun (Moskva) aspirantı olmuş və "Neft hasilatı texnologiyasının intensivləşdirilməsi" laboratoriyasında baş mühəndis işləmişdir. 1956-cı ildə "Quyuların quyudibi zonasına vibrotəsir" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1964-cü ildə isə vibrotəsir məsələləri ilə məşğul olan alimlər qrupunun tərkibində akad. İ.M.Qubkin adına Moskva neft-kimya və qaz sənayesi institutuna keçirildi. 1972-ci ildə Hadıyev S.M. "Quyuların məhsuldarlığının artırılması məqsədilə ilə quyudibi vibrotəsir üsulunun tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Hadıyev S.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: quyudibinə axının intensivləşdirilməsi problemlərinin vibrotəsir ilə həlli; lay mayelərinin reoloji, səthi, kapilyar göstəricilərinin tədqiqi.
Hadıyev S.M. 100-dən artıq elmi məqalənin müəllifidir. İxtiralara görə 50-dən artıq müəlliflik şəhadətnaməsi alıb.