Seyid Sultan Səfi piri

Seyid Sultan Səfi piriOrdubad rayonunun Düylün kəndində ziyarətgah.

Pir Orta əsr qəbiristanlığının yanındadır. Vaxtilə pir dördkünc formada möhrədən inşa edilmiş binadan ibarət olmuşdur. Hazırda pirin binası müasir üslubda bərpa edilmişdir. Dördkünc formalı böyük salondan ibarət olan pir binasının mərkəzi hissəsində bir müsəlman qəbiri var. Axtarışlar zamanı pirin ətrafından Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Pirin qarşısında qoyulan daş qoç fiquru da əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət edilir. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.[1]

  1. Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan 2008