Seyid Vəliağa türbəsi — Azərbaycanın Lerik rayonunun Rvarud kəndində türbə.
Seyyid Vəliağa Mirqəni oğlu (1893-1973) XX əsrdə yaşamışdır. Böyuk kəramət sahibi olmuşdur. Rvarudda və ətraf kəndlərdə kəramətli Seyyid kimi tanınıb, hörmət qazanmışdır. Qəbri zaman keçdikcə ziyarətgaha çevrilib. Oğlu Seyyid Əbülağa tərəfindən abidə inşa edilmişdir. 2013-cü ildə yenidənqurma işləri aparılmış, abidəyə yeni görkəm verilmişdir. Qeyd olunan ziyarətgahlarda təkcə yaxın ərazilərdən deyil, paytaxtdan, ətraf rayonlardan və xaricdən gələn ziyarətçilərlə rastlaşmaq olar. Seyyid Vəliağa (1901-1973) ibn Mir Qəni ibn Fətulla ibn Əsədulla ibn Məmmədəli ibn Seyidi ibn ...... Seyid Cahangir ibn Mir Şükürülla ibn Seyid İsmayıl ibn Seyid Suleyman (Meşkin-Fəxrəbad kəndi)Səfəvi seyidləri-Musayı Kazım nəsli.
Rvarud kəndində olan Təğiyon tayfası ilə ən yaxın qohumdurlar, yəni eyni kökdən ulu baba Məmmədəlidən törəyiblər. Seyyid Vəliağanın babası Fətulla, Təğiyon tayfasının ulu babası Təğinin qardaşı Əsədullanın oğlu olub. Seyyid Vəliağanın atası Mir Qəni Fətulla oğlu Lənkəran qəzasının Zuvand mahalının Veri kənd cəmiyyətinin Rvarud kəndində 1876-ci ildə anadan olmuşdur. Seyyid Vəliağanın babası Fətulla kişi Rvarud kəndinin Dini Məhkəmə uzrə Qazisi olmuşdur. Nəsildən gələn savad Seyyid Vəliağanı Zuvand mahalında seçilməyə vadar edirdi, onun dini və dunyavi təhsili və bilgiləri yuksək idi. Sənədlərə görə 1901-ci ildə anadan olan Seyyid Vəliağa ibn Mir Qəni Fəxrəbadi-Rvarudi alim və kəndin obanın böyuk ağsaqqalı olmuşdur. Onun fəziləti və kəraməti haqqında Lənkəranın, eləcə də Lerikin bir çox kəndlərində hekayələr və rəvayətlər mövcuddur.