Seyidbəşir Usare hadisəsi

Seyidbəşir Usare hadisəsi1918-ci ildə İngilislərin, Hicaz-Yəmən cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alaydakı Osmanlı əsgərlərinə qarşı Seyidbəşir düşərgəsində həyata keçirdiyi bir hərəkətdir. 15.000 Osmanlı əsgəri mikrobları qırmaq bəhanəsi ilə çoxlu miqdarda krizol maddəsi əlavə edilmiş su ilə dolu hovuzlara basılaraq kor edilmişdir[1].

Birinci Dünya Müharibəsində 150 min Osmanlı əsgəri İngilislərə əsir düşür. Bu əsgərlərin bir hissəsi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seyidbəşir Usare düşərgəsində həbs edilmişdi. Düşərgənin tam adı 'Seydibeşir Kuveysna Osmanlı Useray-i Harbiye Kampı' idi.

Bu düşərgədə, 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alayının Osmanlı əsgərləri saxlanılırdı. 1920-ci ilin 12 iyununa qədər iki il boyunca hər cür işgəncə, əziyyət, ağır təzyiq və təhqirlərə məruz qaldılar. Əsirlərlə insanlıqdan kənar davranışların səbəbi ermənilər idi[2].

Müharibə bitmişdi. Ancaq düşərgədəki ağır şərtlər səbəbiylə ölənlərdən başqa, əsgərləri təhvil vermək İngilislərin marağında deyildi. Çünki ermənilər tərəfindən İngilislərin beyninə yeridilmişdi ki, baş verə biləcək yeni bir müharibədə bu əsgərlərlə yenidən qarşı-qarşıya gələcəklər.

Çıxış yolu kütləvi qətliam idi. Əsgərlər mikrobları qırmaq bəhanəsi ilə süngü gücünə dezinfeksiya hovuzlarına salınır. Amma suya normadan daha çox krizol (cresol) maddəsi əlavə edilmişdi.

Əsgərlər ayaqlarını suya saldıqda həddindən artıq kresol qatıldığından ayaqları yanırdı. Ancaq İngilis əsgərləri türk əsgərlərini süngü zərbələri ilə hovuzdan çıxmağa qoymadılar. Əsgərlər başlarını qurşağa qədər olan suya salmaq istəmirdilər. Ancaq İngilislər bu dəfə havaya atəş açmağa başlayırlar. Əsgərlər ölməmək üçün başlarını suya salırlar, başını sudan qaldıran artıq kor idi. Çünki gözləri krizoldan yanmışdı. Sudan çıxanların vəziyyətini görən növbəti əsgərlərin müqaviməti nəticəsiz qalır və 15 min əsgər kor edilir.

Hadisəyə göstərilən reaksiyalar

[redaktə | mənbəni redaktə et]

Bu vəhşilik 25 May 1921-ci il tarixində Türkiyə Böyük Millət Məclisində müzakirə edildi. Parlament üzvləri Faiq və Şərəf, Misirdə əsirləri krizol vannasına salaraq ölkənin 15 min övladının gözlərinin kor edildiyini və bunun günahkarı olan ingilis həkim, qarnizon komandiri və əsgərlərin cəzalandırılmas üçün Türkiyə Böyük Millət Məclisinin təşəbbüs göstərməsini tələb edirlər. Yeni qurulan dövlətin həddən artıq problemləri var idi. Ciddi problemlərlə üzləşən Türkiyə Böyük Millət Məclisi bu hesab məsələni unudur[3].

2009-cu ildə Milliyətçi Hərəkat Partiyasının qrup sədr müavini Oktay Vural məsələ ilə bağlı parlamentə müraciət etdi. Milli Müdafiə naziri Vecdi Könül belə bir hadisənin baş vermədiyini bildirdi. Tarixçi Cezmi Yurtsevər, Vecdi Könülün dediklərini inandırıcı hesab etmədiyini və belə bir hadisənin yaşandığını bildirdi[4].

Müharibə cinayətləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2014-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  2. "Seydibeşir Usare Esir Kampında Kör Edilen 15 Bin Osmanlı Askeri". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  3. "Seydibeşir Usare Kampı ve Taksim". 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  4. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.