Seyit Sertçelik

Seyit Sertçelik — Moskva və Sank-Peterburqdakı dövlət arxivləri¬nə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi, Ankara Universitetinin Ümumi tarix üzrə professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.

Seyit Sertçelik
Doğum tarixi (60 yaş)
Doğum yeri Gerede, Bolu
Vətəndaşlığı Türkiyə Türkiyə
Elmi dərəcəsi professor
Təhsili
  • Orta Şərq Texniki Universiteti Ədəbiyyat fakültəsi[d]
  • 1964-cü ildə Bolunun Gerede ilçəsində anadan olub.
  • 1991-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin elmi əməkdaşı oldu.
  • 1991-ci ildə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetində qonaq müəllim kimi 6 ay pedaqoji fəaliyyətlə məşğul oldu.
  • 1993-cü ildə Antalyada təşkil edilən birinci Türk Dünyası Qurultayında iştirak edib.
  • Moskva və Sank-Peterburqdakı dövlət arxivlərinə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi kimi erməni məsələsi ilə bağlı Rusiyanın 8 arxiv və kitabxanasında uzun illər elmi tədqiqat aparmışdır.
  • 2009-cu ildə Ankara Universitetində Ümumi tarix üzrə professor vəzifəsinə yiyələnmişdir.
  • 2012-ci il 24 oktyabr Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.[1]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Seyit Sertcelik". 2012-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-14.