Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur.
Seylon fili | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Seylon fili |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar[3]. Erkəklərin yalnız 7% -nin iri dişləri olur[4]. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur. Çəkisi 2000 ilə 5500 kq-dır. Bu fillərin dəri rəngi, Hindistan və Sumatra fillərindən daha tünddür. Qulaqları, ağzı, gövdəsi və qarın hissəsində iri və parlaq piqment ləkələri vardır[5].
Tarixi keçmişdə Seylondakı fillər dəniz səviyyəsindən tutmuş yüksək dağ silsilələrinə qədər geniş ərazidə yayılmışdı. Onlara quru zonada, düz rütubətli zonada, eləcə də soyuq nəm dağ meşələrində rastlanılırdı. 1505–1948-ci illərin müstəmləkə dövründə nəm zona demək olar ki, insanlar tərəfindən kənd təsərrüfatı plantasiyaları kimi istifadə olunmağa başlandı. 1830-cu ilə qədər o qədər fillər var idi ki, hökumət onların məhv edilməsini təşviq edir və öldürülən hər filə görə mükafat veriirdi. XIX əsrin birinci yarısında meşələr dağ ətəktərində qəhvə və daha sonra çay əkinlərini təşkil etmək üçün məhv edilməyə başlandı. Buna görə dağlardakı fillər (xüsusilə 19-cu əsrin ikinci yarısından yağış meşələrinin intensiv məhv edilməsinə başlayanda) yox olmağa başladı. İngilis hakimiyyəti dövründə (1815–1948) çox sayda fil, ovçular tərəfindən kuboklar üçün öldürüldü . İngiltərə ordusunun mayorlarından biri, bəzi məlumatlara görə, 1500-dən çox fil məhv etmişdi. Bir çox ovçu bu müddət ərzində hər biri təxminən 250–300 baş heyvanı məhv etdi[6]. 1829–1855-ci illərdə 6 mindən çox fil öldürüldü[7].
Əkinçiliyin və ovçuluğun daha da inkişaf etməsi səbəbi ilə fillərin ərazisi quru bir bölgə ilə məhdudlaşdı və arealları çox parçalandı[8].
Seylon filinin arealı hal-hazırda Seylonun şimalında, şərqində və cənub-şərqindəki quru bölgə ilə məhdudlaşır. Uda-Valave, Yala, Lunuqamvehera Vilpattu və Minneriya milli parklarında fillər qorunur. Bundan əlavə fillər qorunan ərazilərin kənarlarında da yaşayırlar. Şri-Lanka Asiyada fillərin ən sıx məşkunlaşdığı ölkə olduğu hesab edilir. Buna görə insanlar və fillər arasında daim qarşıdurma yaranır[9].