Seyran Cəfərli

1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur. 2007-ci ildən "Don Kixot Karikatura Komitəsi"-nin üzvüdür. 2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2008-ci ildən "Yumor" satirik jurnalının təsisçisi və baş redaktorudur.

Seyran Cəfərli
Doğum tarixi
Doğum yeri İmişli rayonu Cəfərli kəndi
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Respublikası
Fəaliyyəti rəssam, incəsənət xadimi