Seyran Qafarzadə (Seyran Əmir oğlu Qafarov; 2 oktyabr 1969, Bakı — 5 noyabr 2018) — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi.
Seyran Qafarzadə | |
---|---|
Seyran Əmir oğlu Qafarov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (49 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Musiqi Akademiyası |
Seyran Əmir oğlu Qafarov 1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olmuşdur.
Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı. O gənc musiqiçilərə Qərb musiqi tarixini, Asiya və Afrika xalqların musiqisini tədris etməklə yanaşı, Musiqi Akustikası laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqinda elmi araşdırmalarını davam etdirirdi. 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunmuşdu.[1]
Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, nüfuzlu elmi toplularda məqalələri dərc olunmuşdur. Onun rus, türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi, bərpası ilə əlaqədar əsaslı və mühüm nəticələr əldə edilmişdir. Həmçinin, İslama qədərki dövrlərə aid təhlillərdə Azərbaycan və ümumtürk mədəniyyətinə xas olan nəfəsli alətlərin advermə əsasları geniş izah edilmiş, diqqət çəkən maraqlı fikirlər irəli sürülmüşdür.
Seyran Qafarov 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi ümumrespublika və beynəlxalq konfranslarda dəfələrlə samballı məruzələrlə çıxış etmişdir. Onun anası sənətşünalıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Zemfira Qafarova uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqının katibidir. Elmi məqalələri arasında Türk dilində yazdığı "Müzik Enstrümanlarında Totemleşme Olgusu ve Türklerin Gözdesi Düz Flütü", "Türk Nayı Neyi veya Aerofonları Teşhis Eden Kavram" , "Hun Türklerin Yuğ Töreni’nde Kullanılan Zurna/Boru veya Mey/Nayçeyi – Balaban Enstrümanları Hakkında Bazı Görüşler" böyük maraqla qarşılanmışdır.[1]
Seyran Qafarzadə 2018-ci il 5 noyabr tarixində vəfat etmişdir.