Sfumato

Mona Lizanın Üz hissəsi xüsusilə gözlərinin ətrafındaki kölgələr sfumato texnikasını göstərir.

Sfumato (it. sfumato — tuşlanmış, hərfi mənada — tüstü kimi itən) — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikası. Sfumato üsulu nəzəriyyədə və bədii praktikada Leonardo Da Vinçi tərəfindən yaradılıb.

2010-cu ildə alim Filip Volter və həmkarları tərəfindən sıralarında Mona Lizanın da olduğu Leonardonun bir necə rəsminin üzərində keçirilən rentgenonoloji tədqiqatının obyektlərindən biri də bu üsul olmuşdur. Rentgen şüası təsviri sənət nümunəsinin əsasını zədələmədən rənglərin laylarını tədqiq etmək imkanı verir. Məlum olmuşdur ki, Leonardo Da Vinçi cəmi bir neçə mikron qalınlığında təbəqə rəngləri vurmağa qadir idi, qatların ümumi qalınlığı 30-40 mikrometri ötmürdü. Həmçinin alimlər bildiriblər ki, kətan üzərində heç bir mazok və ya barmaq izi tapılmayıb.[1].

  1. "«Мона Лиза»: еще один секрет // Life News. Общество: Наука". 2010-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-19.