Shahed 171 Simorgh (Azərbaycan dili: “Simurq quşu” və ya “Zümrüd quşu”; bəzən S-171), Shahed Aviasiya Şirkəti tərəfindən istehsal edilmiş olan, İranın reaktiv təyyarələrə dəstək məqsədilə istifadə etdiyi “uçan qanad” (Flying wing) dizayınına malik olan PUA-sıdır.[1]
Shahed 171 Simorgh | |
---|---|
İstismarçılar | |
Baza modeli | Lockheed Martin RQ-170 Sentinel |
Vikianbarda əlaqəli mediafayllar |
İran tərəfindən ələ keçirilmiş Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının tam ölçülü kopyasıdır.[1] Shahed 171 Simorgh Pilotsuz uçuş aparatı RQ-170 aparatına əsaslanan, İranın uçan qanadlı pilotsuz uçuş aparatlarından biri və Saegheh ilə birlikdə, istifadə edilən və eyni zamanda onunla tez-tez qarışıq salınan, Saegheh pilotsuz uçuş aparatının daha kiçik versiyasıdır. İlk uçuşunu 2014-cü ildə həyata keçirmişdir.[2] Hal-hazırda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.
Simurq pilotsuz uçuş aparatının, eniş çarxlarına və şinlərə qədər olan hissəsi Lockheed Martin RQ-170 Sentinelin dəqiq bir nüsxəsidir.[3] Əsasən fiberglas (şüşə lif) materialından istifadə edilərək istehsal olunduğu görünür.[3] Bir tədqiqatçı iddia edir ki, çəkisi, mühərriki və dözümlülüyü RQ-170-dən zəifdir.[4]
İran aparatın döyüş sursatları ilə silahlandırıla biləcəyini iddia etməsi[5] Qərb analitikləri tərəfindən mübahisələrə səbəb olmuşdur.[3]
2014-cü ildə Simurq “ucuz saxta” adlandırılmış və İranın yaydığı fotolar “xam örnəklər” hesab edilmişdir.[3] Müstəqil analitiklər, məsələn, uçan qanad dizaynı üçün uçuşa nəzarət sisteminin çox tələbkar olduğuna işarə edərək Saegheh-ə ciddi şübhə etdiklərini ifadə etmişdirlər.[6]
2014-cü ildəki məlumata görə ikisi istehsal mərhələsində idi.[7] 2014-cü ildə İran tərəfi bildirmişdir ki, 2015-ci ilin mart ayına qədər dörd ədədi xidmətə qəbul ediləcək.[8]
PUA ilk dəfə 2015-ci ilin may ayında görülmüşdür və 2016-cı ilin oktyabr ayında İranın dövlət televiziyasında aparatın uçuş kadrları göstərilmişdir.[9] Ceynin (Jane) təhlili PUA-nı Kaşan Hərbi Hava Bazasına yerləşdirmişdir.[9][10]
Simurqun faktiki olaraq hər hansısa bir əməliyyat zamanı istifadə edilməsi məlum deyil və ola bilər ki, 2018-ci ildən sonra layihəyə son verilmişdir.[11]
Bəzi mənbələr bir ədəd Shahed 171-in 2018-ci ilin fevral ayında baş vermiş olan İsrail-Suriya münaqişəsi zamanı vurulmuş ola biləcəyini bildirirlər, lakin vurulmuş PUA, ehtimal ki, ona çox oxşar olan Saegheh olmuşdur.[1]