Shelby America; 1962-ci ildə Carroll Shelbynin əfsanəvi 289 Cobra modelini buraxmasıyla ortaya çıxan markadır. 1964-cü ildə Carroll Shelbynin standart bir Ford Mustangı yüksək performanslı bir maşın halına gətirmək istəyi, müasir dövrün Amerikan kult “Hot Road” maşınlarından biri hesab olan Shelby Mustang GT 350-in yaradılmasına səbəb olmuşdur. GT 350, 1965, 1966 və 1967-ci illərdəki Amerika SCAA yarışlarında birinci yeri qazanmışdır. Bu gün Ford və Shelby şirkətləri müştərək işləyirlər. Ən məşhur məhsulları olan Mustang GT, Amerikanın ən populyar idman avtomobillərindən biridir. Ford və Shelby tərəfdaşlığı, Fordun əfsanəvi modeli “GT”-nin dirilməsində böyük rol oynamışdır. Shelbinin istehsal etmiş olduğu ən sonuncu avtomobil Ford Shelby Cobra olmuşdur.
Shelby-American Inc | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | avtomobil sənayesi |
Təsis tarixi | 17 avqust 1962 |
shelby.com/en-us/ | |
Vikianbarda əlaqəli mediafayllar |