Bu məqaləni vikiləşdirmək lazımdır. |
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir.
Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır.
Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir. Aşağı fosfor səviyyəsi NSCR katalizatorları (selektiv olmayan katalitik bərpa) ilə uyğunlaşma üçündür. Ehtiyat qələvilik- (TBN), xüsusilə turş qaz yanacaqların istifadəsi zamanı turşuları neytrallaşdırmaq və korroziyadan yüksək səviyyədə müdafiəni təmin edir. Oksidləşmə və nitratlaşmaya qarşı istisna müqaviməti yağın həddindən artıq qatılaşmasının və filtrin tıxanmasının qarşısını almağa kömək edir. Uzun müddətli və səmərəli işləyən mühərrik və poşenlərin əla təmizliyini təmin edir. "Kül" komponentlərinin optimal səviyyəsi 4 taktlı mühərriklərdə reduktorun düşməsinin təkmilləşdirilmiş müdafiəsini təmin edir. Mysella MA 40, xüsusi olaraq hazırlanmış orta kullü yağdır, turş qazla mübarizə aparılmasına qarşı və klapan qopmasının qorunmasını təmin edir. Yüksək küllülüyü təmin edən Superior və Waukesha mühərrikləri üçün xüsusi hazırlanmışdır. Yüksək kül səviyyəsi klapan düşməsinə qarşı təkmilləşdirilmiş müdafiəni təmin edir. Mühərrik aşınmasını minimuma endirir və orta təbii qaz yanacaqları ilə korroziyaya qarşı mübarizə aparır. Vaukeş koaqulyatorunda istifadə üçün təsdiq edilmişdir. Mysella, iki dövr və dörd taktlı mühərriklərdə Şimali Amerikada uzun illər boyunca xidmət sahəsində müstəsna bir rolu olduğu sübuta yetirilən yüksək səviyyəli külsüz mühərrik yağıdır. Yanma kamerasında çöküntünün, işlənmə çıxışlarının tıxanmasının və qığılcım tıxaclarının çirklənməsinin qarşısını alan müstəsna külsiz formulaya əsaslanır. SAE 40 sinfinə aiddir. Mysella LA yeni nəsil qaz mühərrikləri üçün yaradılmış, inkişafda olan ekoloji qanunvericiliyin tələblərinə cavab verən, atmosferə atılan azot oksidlərinin məhdudluğunu qoruyan və təmiz yanma texnologiyasından istifadə edilməsini tələb edən yağdır. Mysella LA — bu gün mövcud olan ən inkişaf etmiş aşağı kül texnologiyasını təmsil edir. Mysella MA yüksək nisbətli bəzi hava-yanacaq mühərriklərində, bir çox 4-taktlı mühərriklərdə lazım olan klapan çökməsindən əlavə qorunmanı təmin etmək üçün xüsusu olaraq orta kul səviyyəli yaradılmışdır. SAE 40 sinfində mövcuddur və CD API xidmətini (köhnəlmiş) təmin edir. Shell Mysella LA Oil 40, qaz mühərrikləri üçün nəzərdə tutulmuşdur. Təbii yanacaq ilə qığılcımla işləyən qaz mühərriklərində istifadə edilə bilər. Shell Mysella LA 15W-40, təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir.
Shell firmasının yaradılması 1883-cü ildə Markus Samuelin mağazasında xırda yadigar şeylər içərisində yaxşı satılan balıqqulağının rəmzi olaraq Shell adlandırılıb. Sonralar 1892-ci ildə kompaniya neft məhsullarının nəqli ilə fəaliyyət göstərmiş, 1910-cu ildə Bakıda neft mədənləri alır, bir neçə ölkənin, o cümlədən Misir və Venesuelanın yataqlarını mənimsəyir. 1930-cu ildə konsern dünya neftlərini 10%-ni hasil edir. Hazırda nəhəng neft kompaniyaları arasında 8-ci yerdədir, konserndə 100000-dən artıq adam çalışır. Dünyanın 40 ölkəsində neft sahəsində geoloji axtarış, neftçıxarma və neft emalı üzrə işlər aparılır, 55000-dən çox stansiyalarda yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.
Mysella markalı yağların istismarı mühərrik və pistonların yüksək təmizliyini və habelə mühərrikin uzun müddət istismarını təmin edir. Özlülüyün artmasının qarşısını alır, ağır şəraitdə işləyən mühərrikdə turş məhsulların əmələ gəlməsinin qarşısını alır. Yüksək küllü yağlar qaz mühərriklərində bərk çöküntülərin əmələ gəlməsinə səbəb olur. Mysella LA elə yaradılıb ki, ən aşağı kül göstəricisində də (<0,5%) turşuların neytrallaşdırılmasını və korroziyadan mühafizəni təmin etsin. Fosforun 300 mq/kq miqdarı katalitik yanma ilə işləyən mühərriklərdə də keyfiyyətlə istifadə edilə bilər. Mysella LA aşağıdakı firmalar tərəfindən bəyənilib: Cummins, MWM Deutz, Jenbacher (üç komponentli sistemlə), MTU, Ruston Diesels, Wärtsilä.
Dizelin növü və tətbiq sahəsi bir-birindən fərqli olan Mysella-40 yağının özlülük göstəriciləri eyni hədlərdə, donma və alışma temperaturları müvafiq oalaraq mənfi 18–330C) və 218–2740C, qələvi ədədi 1,1–1,7 mqKOH/q təşkil edir. Sink, fosfor və kalsium – aktiv elementlərinin kütlə miqdarı bütün markalarda eynidir.