Shimizu Corporation (清水建設株式会社, Shimizu Kensetsu Kabushiki-gaisha?) — memarlıq və mülki inşaat üzrə ixtisaslaşmış korporasiya. Şirkət layihələşdirmə və konsaltinq, inkişaf və maliyyələşdirmə, dizayn, obyekt menecmenti, mütəmadi təmir, yenidənqurma, mühəndislik və texnologiya, eləcə də araşdırma və istehsal xidmətlərini göstərir.
Shimizu Corporation | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət (K.K.) |
Sənaye | tikinti[d], memarlıq |
Məhsulları |
İnşaat Dizayn |
Təsis tarixi |
1804 Edo (indiki Tokio) ) ) |
İqtisadi göstəriciləri | |
Birjada listinqi |
TYO: 1803 OSE: 1803 NSE: 1803 Nikkei 225 Component |
Ümumi gəliri |
▲ $ 15.043 milyard USD (FY – 2012) (¥ 1,416 milyard JPY) (FY – 2012) |
Xalis mənfəəti |
▲ $ 62.69 million USD (FY – 2012) (¥ 5.901 milyard JPY) (FY – 2012) |
Struktur | |
İşçi sayı | 15,616 (1 aprel 2013)[1] |
Rəhbərlik | |
Təsisçi | Kisuke Şimizu |
shimz.co.jp/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin adının Şizuoka prefekturasında yerləşən Şimizu ilə heç bir əlaqəsi yoxdur. Şirkət təsisçisi Kisuke Şimizunun soyadını daşıyır. O, 1783-cü ildə Etçu vilayətinin (indiki Toyama) Ohane kəndində anadan olmuşdur. Kisuke Şimizu şirkəti 1804-cü ildə Edo şəhərində (indiki Tokio) təsis edilmişdir. Şirkətin Asiya, Avropa, Şimali Amerika, Orta Şərq və Afrikaya qədər uzanan bir şəbəkəsi var.