Siam körfəzi

Siam körfəzi (bəzən: Tailand körfəzi; tay อ่าวไทย) Sakit okeanCənubi Çin dənizinin bir hissəsidi.[1] Qərb və şimalda Taylandın, cənub-qərbdə Malayziyanın, şərqdə KambocaVyetnamın sahillərini yuyur.

Siam körfəzi
tay อ่าวไทย
Ümumi məlumatlar
Tip körfəz
Sahəsi 320 000 km²
Dərin yeri 80 m
Orta dərinliyi 45 m
Yerləşməsi
9°30′ şm. e. 102°00′ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Siam körfəzi xəritədə
Siam körfəzi
Siam körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Fullmoon party"-dən görüntü

Balığçılıq və turizm əhəmiyyətli yerlərdən hesab edilir, həmçinin burada qazneft yatağları mövcuddur. Burada yerləşən Pxanqan adasında hər ay dünyanın hər yanından özünə minlərcə turistləri cəlb edən “Full Moon Party” (Bədir Partisi) adlı əyləncə gecəsi keçirilir

Körfəz Hind-Çin yarımadasının şərqini Malakka yarımadasından ayırır. Sahil xətti şərqdən Vyetnamda yerləşən Kamau burnundan başlayır və cənub-qərbdə Malayziya şəhəri Kota-Baruda qurtarır. Cənub-şərq tərəfdən Siam körfəzi Cənubi-Çin dənizinə keçir, onun ümumi sahəsi isə təxminən 600×500 km (320 000 km² yaxın) təşkil edir.

Siam körfəzinin ən şimal nöqtəsində Banqkok buxtası yaranıb, hansına ki Çaupxraya çayı tökülür. Əhəmiyyətli çaylardan biri də mənsəbi Surat Thani şəhərində yerləşən Tapi çayıdı. Çaupxraya çayının sedimentasiyasının (çökmə) davam etməsi mərkəzi Tailand sahilin daha da çox cənuba doğru irələməsinin səbəbidi. Suyun dərinliyi sahildən 10 metrdən 20 metrə qədər olan məsafədə cəmi 11 metr təşkil edir. Orta dərinliyi 58 m, maksimal dərinliyi cəmi 85 metrdir. Sonuncu buzlaq dövründə körfəzin ərazisi dəniz səviyyəsindən yüksəkdə idi və Mərkəzi Taylandda yerləşən bugünkü Çaupxrayanın ətrafında olan ovalığın quru davamı idi. Eyni zamanda Siam körfəzi sahilinin böyük bir hissəsi eroziyaya məruz qalıb.

Körfəzdə suyun axını olduqca yavaşdı ki, bu da bu da əhəmiyyətli şirin suyun qabarması ilə birləşərək güclü sedimentasiyaya gətirib çıxardır. Tərkibində duz nisbətən azdır və 3,05—3,25 % təşkil edir. Cənubi-Çin dənizinin duzlu suyu daha dərin yerlərdə dövran edir. Siam körfəzinin su temperaturu çox yüksəkdir və bir çox yerlərdə mərcan riflərin yaranmasına şərait yaradır. Mərcanların müəyyən səbəblərə görə məhv olmayla üz-üzədi, bu da turizmbalıqçılığa böyük zərər vurur.

  1. "Sakit okean". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.