Sibir Respublikası (17 iyul 1918 — 3 noyabr 1918)[1] — yarım il müddətində mövcud olan Müvəqqəti Sibir hökuməti tərəfindən idarə edilən dövlət. Respublika iyundan noyabra qədər müddətdə Vətəndaş müharibəsi dönəmində Ural dağlarından Sakit okean sahillərinə qədər uzanırmış. Ərazisinə həmcinin Şərqi Çin dəmir yolu sahəsi və Harbin əraziləridə daxil olmuşdur.
Tanınmamış | |||
Sibir Respublikası | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Omsk | ||
Dilləri | rus dili | ||
Rəsmi dilləri | Rus dili | ||
İdarəetmə forması | Respublika |
Sibir Respublikasının yaramasının əsas səbəbi 1917-ci ilin dekabrından 1918-ci ilin mayına qədər Rusiyanın şərq hissəsində yaranan idarə boşluqları olmuşdur. Bu zaman Sibirdə vilayətlərin idarə edilməsi üçün dövlət orqanları təşkil edilir.
İcraedici hakimiyyət Müvvəqəti Sibir hökumətinə məxsus olmuşdur. Hökumətə Pyotr Vasileviç Volqodski rəhbərlik etmişdir. Sibir vilayət duması Omsk şəhərində yerləşirdi. Ölkənin əsas hərbi qüvvəsi Sibir ordusu olmuşdur. Bu ordu bir necə 10 minlik qüvvədən ibarət olmuşdur. Orduda separatçılıq gçlü idi. Səbəb isə vilayətlərin müstəqillik istəyi ilə bağlı olmuşdur. 4 iyul 1918 ildə Omsk şəhərində Müvvəqəti Sibir hökuməti başda Volqodski olmaqla Müvvəqəti hökumətin Sibirin müstəqilliyi haqqında deklarasiyanı imzalayırlar.
Deklarasiyada beynəlxalq müstəvidə bərabər hüquqlu, müstəqil siyasət yerdən qurum olması təstiqlənir. Onlar həmcinin ölkənin gerbini, bayrağını və himnini təstiqləyirlər. Digər tərəfdən isə Sibir xalqları vilayət statusulu dövlətin mövcuqluğunu istəməyərək milli əsaslar üzrə bölgü sisteminin təşkilini idtəuirdilər. Hökumət daxilində Liberallar və sosialistlər arasında mübarizə gedirdi. Konfliklər əsasən ölkdə sonuncu kabitetin qurulmaması, mülki və hərbi idarəçiliyin zəyifləməsi olmuşdur. Liberallar ümumrusiya qüvvələri ilə itifaqa girməli olurlar.
Sibir Respublikası bir tərəfli qaydada 23 sentyabr 1918-ci ildə yaradılan Ümumrusiya müvvəqəti dövləti yaradıldıqdan sonra onun tərkibinə keçir.
3 (4?) noyabrda qəbul edilən deklarasiyaya[2] görə Sibir Respublikası Ümumrusiya Müvvəqəti hökumətinin tərkib hissəsi olmaqla yanaşı onun inzibati ərazi bölgülərini olduğu kimi saxlanılır. Vətəndaş müharibəsi dönəmində sibir separatizmini ümumrusiya qüvvələri ilə müzakirə edilməsi onun müstəqilliyinin yox olmasının başlıca səbəbinə çevrilir. 1919-cı ildə dövlətin yenidən yaradılmasını təşkil etmək isə separatimə cəth göstərənlərin azlığı səbəbindən mümküsüz olmuşdur.
Respublikanın hüquq xüsusiyyətləri baxımından mübahisələr yaranır. O.F.Qordeevanın fikirincə vətəndaş müharibəsi dönəmində tam dövlət quruluşlu subyekt olmamışdır. Sadəcə müvvəqqəti idarə quruluşu olduğunu bildirir. O sadəcə ilk baxışda dövlət əlamətlərini özündə cəmləyən bir idarə sistemi olmuşdur. A. N. Nikitin[3] isə vətəndaş müharibəsi dönəmində Sibirdə tam dövlət quruluşu formalaşırdı.