Sibir sınaqları (film, 1975)

Film Azərbaycanda çəkilməsə də, burada respublikamızın elçilərinin uzaq diyarda göstərdikləri hünərdən söhbət gedir.

Sibir sınaqları
Janr sənədli film
Rejissor Vladimir Konyagin
Ssenari müəllifi Vaqif Hümmətoğlu
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1975
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1975
Texniki məlumatlar 2 hissə
550 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Kinooçerkdə BAM üçün Tayqada qəsəbə salan Azərbaycan inşaatçılarının fədakar əməyindən bəhs olunur. Onlar 15 nəfərdir, aralarında üç qız var: Nüşabə, Nazilə, İrina. Briqadaya Həsənağa Zeynalov rəhbərlik edir. Uşaqlar meşə qırır, yol salırlar. Buradan uzunluğu 3200 kilometr olan dəmiryol xətti keçəcək. Vaxt gələcək bu yerlərdə Ulkan stansiyası tikiləcək.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Vladimir Konyagin
Ssenari müəllifi: Vaqif Hümmətoğlu
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.