Sibir zümrüdçiçәyi

Hündürlüyü 30 sm-ə qədər olan bitkidir.Soğanağı yumurtaşəkilli və ya şaraoxşaryumurtaşəkillidir,uzunluğu 2 sm-ə qədər və eni1,5-2 sm-dir, tünd-qonur rəngli qınla örtülmüşdür. Gövdəsi yastıtəhər olub, bir soğanaqdan 1-4 ədəd çıxır.[1]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları 2-4 ədəddir, yaşıldır, enlixətvaridir,eni 10-20 mm-dir, qaidəsinə doğru daralandır, təpə hissədə qalpaqcığı vardır.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri göy rəngdədir, seyrəkçiçəkli salxımda toplanmışdır, kiçik ağ çiçəkaltlığı vardır; çiçək saplağı çiçəyə bərabər və ya ondan qısadır. Çiçəkyanlığının yarpaqcıqları 12-13 mm uzunluqdadır, uzunsov-xətvaridir,kütdür.

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri şarşəkilli qutucuqdur.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

Aprel

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Aprel-May

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal.Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühüti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşə kənarındavə kolluqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Dekorativ bitkidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016