Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Siderit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
FeCO₃ |
Strunz təsnifatı | Vb/A.02[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 3,96 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər.
Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar.
Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir. Metamorfirmə uğramış dəmir yataqlarında və metamorfik süxurlarda da rast gəlir. Birlikdə rast gəldiyi minerallar: qalenit, sfalerit, xalkopirit, maqnetit, hematit, ankerit, xlorit və b. Mineralın tapıldığı yerlər: Yorkşir (Böyük Britaniya); Ersberq (Avstriya); Radon (Polşa); Biskay körfəzinin sahilləri (İspaniya); Ayzern (Almaniya); Bakalski və Alapayevski yataqları, Kursk maqnit anomaliyası, Şimali Qafqaz (Rusiya), Rensilvaniya, İllinoys, Kentukki, Virciniya ştatları (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın cənub yamacının gil şistlərində, bəzi kolçedan və polimetal yataqlarında və filiz təzahürlərində (Mehmana qrupu, Filizçay, Katex, Katsdağ, Ağdərə, Əsrikçay və b.) aşkar edilmişdir.
Mühüm Fe mənbəyidir.