Silisium turşusunun efirləri

Silisium turşusunun efirləri - sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr:

Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir.

Fiziki - kimyəvi xassələri[redaktə | mənbəni redaktə et]

Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur - özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır.

Nöqsanlar[redaktə | mənbəni redaktə et]

Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Yağlar, sürtkülər və texniki mayelər. Əliyeva N.T., Cavadova H.Ə., Qurbanov Ə.Ş., Hüseynova E.Ə., Əcəmov K.Y., Bakı-2018.