Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Simane tayfası
Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur.
13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.[1]
Bu məqalə qaralama halındadır. |