Simens körpüləri

Simens körpüləriAzərbaycan Respublikasının Gədəbəy rayonunda 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər.

Simens körpüləri
Yeddi körpüdən üçü
Yeddi körpüdən üçü
Keçid qatar üçün
Üslubu tağlı körpü, viaduk
Material daş
Uzunluğu Qanlı körpü:
~ 60 metr
Memar Verner fon Simens[1]
Açılışı 1879

Bu körpülərin sayı 7-dir[2]. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir[2].

"Qanlı körpü"

[redaktə | mənbəni redaktə et]
"Qanlı körpü"

Bu körpülərdən ən məşhur olanını yerli sakinlər "Qanlı körpü" adlandırıblar ki, onun da faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib[2].

Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu viaduk nadir memarlıq nümunəsi hesab olunur. Abidə zaman-zaman həm insan, həm də təbiətin təsiri altında dağıntılara məruz qalır[2].

  1. Этибар Надыроглу. "Сенсации и прорывы: О деятельности братьев Сименс в Азербайджане". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.05.2022.
  2. 1 2 3 4 Gədəbəydə "qanlı" alman mirası Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine. 24.08.2018, sputnik.az  (az.)