Sind Mədəniyyəti günü


Sind Mədəniyyəti günü
Saraiki Topi (Sind baş geyimi)

Sind Mədəniyyəti günü (Sind dilindəː سنڌي ثقافتي ڏينھن, Urduca: سندھی ثقافتی دن), «Aekta jo ddihaarro» kimi də tanınır. Bütün Sind əyalətində və dünyada mövcud sind diasporları tərəfindən qeyd edilir. Bu gün Sind mədəniyyəti qeyd olunur və nümayiş olunur. Sind mədəniyyətinin zənginliyinə diqqəti çəkmək üçün keçirilir.[1] Bu əlamətdar gündə Sindin bütün iri şəhərlərində müxtəlif mədəni tədbirlər keçirilir, müxtəlif ictimai məkanlarda yığıncaqlar təşkil edilir. Bu günlərdə Мах Kaçexri (yerdə dairə formasında əyləşilir və mərkəzdə ocaq qalanır), musiqili konsertlər, seminarlar, mühazirə proqramları və görüşlər olur.

Hər il sindlilər dekabrın ilk həftəsi - ilk bazar günü bütün dünyada Sind mədəniyyəti günləri keçirirlər. Tədbirlər zamanı insanlar Əjrək və ənənəvi baş geyimi olan Sind Topisi geyinirlər. Sind əyalətinin bir çox şəhərlərində bu gün xüsusi musiqili proqramlar ilə qeyd olunur. Sindin mədəni dəyərini nümayiş etdirmək üçün şəhər və qəsəbələr sind Əcrəki ilə bəzənir. Sinddə insanlar müxtəlif mərasimlər keçirərək Əcrək və topiləri bir-birinə hədiyyə edirlər. Hətta qadın və uşaqlar da Əcrək geyir, məşhur Sind musiqiçilərinin Sindin sülh və sevgi çağırışını bəyan edən sind dilində mahnılar ifa etdiyi böyük məclislərdə toplanırlar. Musiqiçilərin musiqili çıxışları iştirakçıları sind musiqisinin və milli musiqi olan «Cey Sind Ci-Sind Vara Cin» musiqisinin sədaları altında rəqs etməyə həvəsləndirir.

Sind Mədəniyyəti günü - 2016-cı il
Sind Mədəniyyəti günü - 2016-cı il

Hər il bayram vaxtı Sind mədəniyyət departamenti ilə yanaşı Sindin bütün siyasi, ictimai və dini təşkilatları, müxtəlif məktəb, kollec və universitetlərin rəhbərliyi müxtəlif tədbirlər, seminarlar, debatlar, xalq musiqisi proqramları, teatr nümayişləri, ədəbi məclislər keçirirlər. Tədbirlərdə sind mədəniyyəti, tarixi və mədəni irsi təbliğ olunur.

Mədəniyyət günü sind dilində danışan kütlələr arasında həmrəylik nümayiş etdirilir. Bu gün həm Sinddə, həm də sindlilərin yayıldığı bütün dünyada qeyd olunur. Mədəniyyət və irs günü ilk dəfə 6 dekabr 2009-cu il tarixində Sind Topisi günü kimi qeyd edilmişdir. Günün qeyd edilməsi prezident asif Əli Zərdarini xarici səfər zamanı sind baş geyimi geyməsinə görə tənqid edən Doktor Şahid Məsuda etiraz əlaməti olaraq keçirilmişdir. Sind əyalətində yaşayan insanlar onun davranışına artan etirazları son nəticədə Sind Topi gününün eyd edilməsi ilə nəticələndi. Həmin gündən bəri Sind Mədəniyyəti günü də qeyd olunmağa başlandı. Sind dilli Televiziya kanalları - KTN, Sindh TV, Awaz TV və Mehran TV birbaşa efir vasitəsilə bu tədbirləri yayımladılar və Sind mədəniyyəti haqqında xüsusi proqramlarla yanaşı KİV vasitəsilə ayrıca böyük musiqili tədbirlər keçirilir ki, bu da öz növbəsində hər il mədəniyyət gününün bayram edilməsi üçün geniş auditoriyanı özünə cəlb edir.

Sind Mədəniyyəti günü ilk dəfə 2009-cu il 6 dekabr tarixində qeyd edilid. Ali Kazi mədəniyyət günü elan etdi və bütün sindlilər qərarı qəbul etdilər. [2]

Sind Mədəniyyəti günü 2010-cu ilin dekabrında qeyd edildi. Əyalət höküməti və Sind əyalətinin baş naziri Syed Qaim Əli Şah bu bayramı ictimai bayram elan etdi. [3]

Sind Mədəniyyəti günü 2011-cu ilin dekabrında qeyd edildi. Sind höküməti KİV ilə əməkdaşlıq şəraitində bu tədbirə sponsorluq etdi. [4]

Sind Mədəniyyəti günü 2012-cu ilin dekabrında qeyd edildi. Əsas toplantı Kəraçi mətbu klubu ətrafında oldu. [5]

Sind Mədəniyyəti günü 2013-cü ilin dekabrında qeyd edildi. Kəraçidə Qavali proqramı təşkil edildi. [6]

Sind Mədəniyyəti günü 2014-cü ilin dekabrında qeyd edildi. Əsas tədbir Kəraçi mətbu klubu tərəfindən keçirildi. [7]

Sind Mədəniyyəti günü 2015-ci ilin dekabrında qeyd edildi. Baş konsulluğun binasında musiqili proqram keçirildi. [8]

Bu ildə bütün Sind mətbuatı - KTN və Sind TV daxil olmaqla Sind Mədəniyyəti gününü dekabrın 4-də qeyd etdi. [9]

Sind Mədəniyyəti günü 2017-ci ilin dekabrının ilk həftəsində Sind ətrafı və ölkə hüdudlarından kənarda qeyd edildi. [10]

Sind Mədəniyyəti günü 2018-ci ilin dekabrının 2-də, bazar günü qeyd edildi. Bu ilin mövzusu Aekta (birlik) idi. Əsas tədbir Heydərabadda Sind Muzeyində keçirildi. [11]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ""Cultural Activity Archives - World Sindhi Congress World Sindhi Congress". World Sindhi Congress". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  2. ""Sindh celebrates first ever `Sindhi Topi Day`". DAWN.COM. 2009-12-06". 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  3. "Sindh celebrates Sindh Culture Day | The Express Tribune". The Express Tribune. 2010-12-04
  4. "Sindh Culture Day celebrated". The Nation. 2011-11-20.[ölü keçid]
  5. ""Jubilation as people celebrate culture day". The Nation. 2012-12-22". 2019-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  6. ""US consulate marks Sindh Culture Day with qawwali concert -Pakistan Press Foundation (PPF)"". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  7. "Report, Dawn (2014-12-08). "Sindh culture day celebrated with fervour across province". DAWN.COM". 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  8. "U.S. Consulate celebrates Sindh Cultural Day | U.S. Embassy & Consulates in Pakistan". U.S. Embassy & Consulates in Pakistan.
  9. ""U.S. Consulate Celebrates Sindh Culture Day". U.S. Embassy and Consulates in Pakistan". 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  10. "Residents don ajrak and topis to celebrate Sindh Culture Day | The Express Tribune". The Express Tribune. 2017-12-04.
  11. ""Sindh culture day celebrated across province". The Express Tribune." 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.