Sindesmologiya

Sindesmologiya (lat. syndesmologia) — anatomiyanın sümüklərin birləşməsindən, bağ və oynaqlardan bəhs edən şöbəsi. bu şöbə hərəkət üzvləri sisteminin passiv qismini təşkil edir. Aşağı sinif heyvanlarda sümük birləşməsi birləşdirici və qığırdaq toxuması vasitəsilə əmələ gəldiyindən bir qədər primitiv və hərəkətcə məhdud olur. heyvanlarda sümük linglər əmələ gəldikcə birləşən sümüklərin arasındakı toxuma qatları sorulma prosesinə məruz qalır, nəticədə meydana çıxan boşluqlardan, hərəkətli fasiləli oynaqlar yaranır. Filogenez dövründə iki növ birləşmə meydana çıxmışdır:

Sindesmologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir
  • İbtidai məhdud hərəkətli fasiləsiz;
  • sonralar meydana çıxmış hərəkətli fasiləli.

İnsan skletini təşkil edən sümüklər iki üsulla birləşir:

  1. Sinartroz ya fasiləsiz (lat. synarthrosis - BNA);
  2. Sinovial ya fasiləli (lat. junctura synovialis — diarthrosis – BNA).

Oynağın quruluşu

[redaktə | mənbəni redaktə et]

Hər bir oynaq bir neçə törəmələrdən təşkil olunmuşdur:

  1. oynaq səthləri — lat. facies articulares;
  2. oynaq qığırdağı — lat. cartilago articularis;
  3. oynaq kapsulu — lat. capsula articularis;
  4. oynaq boşluğu — lat. cavum articulare.

Oynaq səthlərinin forması oynaqda əmələ gələn hərəkətlərdən asılıdır. oynaq səthlərindən biri çıxıq digəri isə batıq olur. Çıxıq səth oynaq başı — lat. caput articulare, batıq səth oynaq çuxuru — lat. fossa articularis adlandırılır. Oynaq səthi nə qədər böyük olarsa bir o qədər də istinad artır və oynaq möhkəmlənir. Oynaq səthləri oynaq qığırdaqğı ilə örtülü olur. Oynaq qığırdaqğı — lat. cartilago articularis (yun. chondros) əksərən elastikliyi ilə seçilən gialin, ancaq bəzi hallarda möhkəmliyi ilə fərqlənən lifli qığırdaqdan əmələ gəlir. Gicgah-çənə və döş-körpücük oynağı səthləri lifli qığırdaqla örtülmüşdür.

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971