Sinhallar


Sinhallar (sinh. සිංහල ජාතිය) — Şri-Lankanın yerli əhalisidir. Sayları 12 milyon nəfərdir[1]. Üstəlik 60 min nəfəri Avstraliya, Sinqapur, Yeni Zelandiya ərazilərində yaşayırlar. Sinhal dilidə danışırlar. İnanclarına gəldikdə isə Buddizm və az bir qismi Xristianlıq yayılmışdır.

Sinhallar
Ümumi sayı
16,000000
Yaşadığı ərazilər
Şri-Lanka
Dili

Sinhal dili

Dini

Buddizm

E.ə Hindistan ərazisindən Tamillərlə birlikdə gəlmişlər. İlk əvvəllər Seylon adasının mədəniyyətinə Hindlilər və Ərəblər böyük təsir gösərmişlər. III—VIII əsrlədə[2] paytaxtı Polonnaruva olan şəhər qurulur. Burada əkinçilik, tiçarət artır. Elə məhz bu ərəfədə Pandya ı cənub hindistanda yerləşən dövlətlə müharibələr aparılır. XV əsrdə Kandi, Kotte adlı sinal və Cafna adlı Tamil dövləti qurulur. Sonrada sinhallar qonşu Maldiv adalarına yayılmışlar. XVI əsrdə isə adanı portuqallar işğal edirlər. XVII əsrdə ada hollandlar tərəfindən işğal edilir. XVIII əsrdən isə ada İngilislərin əlinə keçir. 1948-ci ildə dominion hüququ alır. 1972-ci ildən isə tamamən müstəqil olur.

Adada təkcə sinhallar deyil həmdə tamillər (2,6 milyon), marvlar (ərəblərin törəmələri, 1,2 milyon), malaylar və veddlər. Marvlar islam dininə mənsubdurlar. Tamillər Hinduizm, byorqerlərin isə xristian olmasını müşshidə etmək olar. Sinhallar adanın əsasən adanın cənub hissəsini əhatə edir.

Sinhallar özlərini sinhal adlandırırlar bu isə «şir» mənasını verir. Sinxala Dvina isə onların yaşadığı ada adlandırılır. Şir hətta onların bayraqlarında öz əksini tapmişdir.

Adət ənənələri

[redaktə | mənbəni redaktə et]

Əsas məşğuliyyətləri əkinçilikdir. Xüsusi ilə düyü və çay yetişdirilir. Sahil zolağı ərazilərdə yaşayan əhali arasında balıqçılıq inkişaf etmişdir. Ümumilikdə isə əhalinin 70 % tarlalarda işləyirlər. Onlar tərəfindən 3,000000 baş iri buynuzlu heyvan saxlanılır. Əhalinin böyük əksəriyyəti Kolombo şəhərində cəmləşmişdir. Dəmir yolları, avtomagistrallar və ölkənin əsas limanı burada yerləşir. Ölkədə istehsal edilən kakos palması, qiymətli daşlar, çay və geyimlər ölkənin əsas gəlir sahələridir.

Milli geyimllərinə gəldikdə kişilər saronq geyinirlər. Qadınlar isə saronq və bluz geyinirlər. Hindistanda yayılmış Sarı geyimləri Sinhalar arasında belə geyinilir. Qadınlar çoxlu sayda ziynət əşyaları geyinirlər.

Milli qidalar arasında sambol seçilir. Xüsusi ilə düyü yeməkləri üstünlük təşkil edir. Ət məhsulları və balıqda əsas rasionudur.

Orta əsr sırf buddizmlə əlaqədardır. Məbədlər əsasən gil, daş və ağaclardan inşs edilirdi. İslam isə adaya ayaq basan ərəblərlə bağlıdır. Sinhal dilində ilk ədəbiyyat VI əsrə aiddir. Hazırda Şri-lankada savadlılıq yüksəkdir. 11 illik məktəblər fəaliyyət göstərir.

Tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Энциклопедия «Народы и религии мира», под ред. В. А. Тишкова, М. — 1998.
  • Расы и народы. Иллюстрированная энциклопедия, М.,2007.
  • Справочник «Страны мира», М. — 1989.
  • Большая советская энциклопедия, т. 29, М. — 1975.
  • Народы Южной Азии, под ред. Н. Р. Гусевой, М.- 1963.
  1. "Department of Census and Statistics Sri Lanka: Population by ethnic group according to districts, 2012". 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  2. "483 BC - Arrival of Aryans to Sri Lanka". scenicsrilanka.com. 2018-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-06.