Sinkopa (musiqi)

Sinkopa — xüsusi bir ritm şəklidir ki, aksentin qüvvəli hissədən zəif hissəyə köçürülməsi nəticəsində əmələ gəlir.

Sinkopa müxtəlif üsullar vasitəsilə alına bilər:

  • əvvəlki xanənin axırıncı zəif hissəsi ilə sonra gələn xanənin birinci qüvvəli hissəsinin liqa ilə birləşməsi vasitəsilə.
  • bir xanə daxilində zəif hissə ilə nisbətən quvvəli hissənin birləşməsi vasitəsilə.
  • xanənin qüvvəli hissəsində pauza işlədilməsi vasitəsilə.