Sinql (ingiliscə: single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə orijinal mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır.
"Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. Əksər hallarda sinql albomdan ayrıca buraxılan mahnı olsa da, o, çox vaxt alboma da daxil edilir.
Tarixən, əsas musiqi vinil yazılar vasitəsilə satın alındıqda, sinqllar iki tərəfli buraxıldı, yəni A tərəfi və B tərəfi var idi, iki mahnı hər tərəfdə bir görünürdü[2].
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |