Sinqlər

Hindistanda orta əsrlərdə baş vermiş dini münaqişələrdə müslümlər(müsəlmanlar) qalib gələrək Hindistanın qərb və şimal hissələrində İslamı yaymışdılar. Lakin öz yerli dinlərinə sadiq qalan bəzi hind tayfa başçıları müsəlmanlara qarşı ordu toplamaq qərarına gəlmişdilər. Onlar həmin orduya daha cəsarətli, mərd və sədaqətli hindliləri seçmək üçün xüsüsi üsuldan istifadə etmişdilər.[mənbə göstərin]

Sinqlərin seçilməsi

[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə bəzi hind başçıları bir binanın qarşısına toplanmış və üzünü camaata tutaraq demişlər:Ay camaat, biz əvvəl-axır müslümlərdən qisas almalıyıq!Bundan ötrü insan qanı lazımdır. Kim öz həyatınını millət yolunda qurban vermək istəyirsə, gəlsin bu binaya!Bir nəfər irəli çıxıb deyir:Öz millətim yolunda həyatımı quban verməyə hazıram!Onu otaqlardan birinə aparırlar. Az müddət sonra bir nəfər qanlı köynəyi qaytarıb camaata deyir:Budur onun köynəyi!İndi daha kim özünü millət yolunda qurban vermək istəyirsə gəlsin!Yenə bir neçə adam cəsarətlə irəli çıxıb öz razılığını bildirir. Bu qayda ilə bir neçə gün əməliyyatı davam etdirirlər. İlk günlərdə kifayət qədər adam yığa bilirlər. Amma bu cəsur cavanların heç birini öldürməmişdilər. Camaata göstərdikləri qanlı köynəkdəki heç qan deyilmiş. Bu qayda ilə onlar ən yaxşı döyüşçüləri seçirmişlər.

Sinqlərin qaydaları

[redaktə | mənbəni redaktə et]

1)onlar müsəlmanlara qalib gələnə qədər, saçlarını və saqqallarını qırxmayacaqlarına and içmişdilər. 2)Onların şalvarları xüsusi şəkidə olurdu. Bu şalvarlar şəltə adlanırdı. 3)Başlarının və saqqallarının tükü uzananda onu hər iki tərəfdən başlarına sarıyar, nazik tor yuxarıda bağlayar və çalma ilə başlarını bağlayırdılar. 4)Sinqlər yanlarında xüsusi silah kimi uzun xəncər gəzdirirdilər.