Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar:
Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Sintetik boyalara Tartazin E 102, Karmuazen E122, Yaşıl S –E142, Qara parıltılı E151, indiqokarmen E 132 aiddir. Sintetik boyalar istehsal şəraitinə qarşı aşağı həssaslığa malikdirlər. Onların daha parlaq və geniş diapazonlu rəng çalarları olur. Uzun müddət istifadə olunmaq tarixi olur. Sintetik qida boyaları həmçinin geniş miqyasda kosmetika sənayesində istifadə olunur.