Sinxron mühərrik — dəyişən cərəyanla işləyən elektrik mühərriklərinin növü. Stabil vəziyyətdə valın fırlanması cərəyanın qidalanma tezliyi ilə sinxron dəyişən cərəyan mühərriki hesab olunur. Fırlanma müddəti dəyişən cərəyanın tam siklinə bərabərdir. Sinxron mühərriklər maqnit sahəsi yaradan mühərrikin statorunda dəyişən cərəyan çoxfazalı elektromaqnitlərindən ibarətdir.
Sinxron və Asinxron mühərriklər arasındakı fərq budur: statordan alınan elektrik enerjisi nəticəsində orada yerləşən maqnitlərdə qütblənmə yaranır və bu qütblənmə dönən hərəkət yaradır ki, bu hərəkət rotora verilir və beləcə rotor dönməyə başlayır. Sinxron ilə Asinxron mühərriklər arasındaki fərq burada ortaya çıxır. Yəni dönmə hərəkətinin sabit olmaması bunlar arasında əsas fərqdir. Yəni, qısaca asinxron mühərriklərdə stator “dövri” ilə rotor dövri arasında fərq var. Fırlanan hissə, maqnit sahəsinin dövründən fərqlənir. Ancaq sinxron mühərriklərdə bu yoxdur. Stator ilə rotor eyni dövrlə fırlanır.[1]