Sionizmin növləri

Teodor Hertsl sionist hərəkatının qurucusu hesab edilir. 1896-cı ildə nəşr etdirdiyi Yəhudi dövləti adlı kitabında XX əsrdə müstəqil bir yəhudi dövlətinin qurulmasını təsəvvür etmişdir.

Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır.

Tətbiqi sionizmin banisi – Leon Pinsker

Siyasi sionizmə Rusiyada Teodor HertslMaks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir.[1]

Tətbiqi sionizm

[redaktə | mənbəni redaktə et]

İvrit dilində Tsionut Ma-asit (ivr.ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb LiliyenblyumLeon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir.

Sintetik sionizm

[redaktə | mənbəni redaktə et]

Haym Veysman, Leo MotskinNahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir.

Dov Ber Boroxov – sosialist sionizmin qurucularından biri.

Sosialist sionizm

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Sosialist sionizm

Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır. Onlardan biri sosialist sionizm. Bu fikir Naxman Sırkin, Ber Boroxov, Haym ArlozorovBerl Katsnelson tərəfindən yaradılmışdır. Siyasi və tətbiqi sionizmdən fərqli olaraq, sosialist sionizm yəhudi dövlətində özəl-burjuaziya cəmiyyət yerinə mənəvi bərabərlik ideyasının əsasında aqronom cəmiyyət təsis etməyi fərz edir.

Vladimir Jabotinski – revisionist sionizmin banisi.

Revisionist sionizm

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Revisionist sionizm

Vladimir Jabotinski tərəfindən yaradılan və sonralar Menaxem Begin (1977–1983-cü illərdə İsrailin Baş Naziri) rəhbərliyində olan revisionist sionizm yəhudi dövlətinin yəhudi milliyətçiliyinin və İsrail Torpağında yaşayan yəhudilərin tarixi irsinin vurğulanmasıyla yaradılmasını dəstəkləyən bir ideologiyadır. Onlar liberalizmi, xüsusən də iqtisadi liberalizmi dəstəkləyir və sosialist sionizmə, eləcə də İsrail Torpağında kommunist bir cəmiyyətin təsis edilməsinə qarşı çıxırlar. Revisionist sionizmi radikal islamçı və ərəb milliyətçi qruplarına qarşı sərt hərbi tədbirin görülməsini dəstəkləyir. Bu mövqelərinə görə bəzi revisionist sionizm rəhbərləri həmin hərəkatdan ayrılaraq İrqun təşkilatını yaratmışdır. Bu ideologiyaya inanan şəxslər Böyük İsrail düşüncəsini də dəstəkləyir.

Mədəni sionizm

[redaktə | mənbəni redaktə et]
Ahad-ha-Am (Uşer Ginsberq) – mədəni sionizmin banisi.
border=none Əsas məqalə: Mədəni sionizm

Ahad-ha-Am (Uşer Hirş Ginsberq) tərəfindən yaradılan mədəni sionizm yəhudi xalqının milli dirçəlişini, eləcə də İsrail Torpağının yəhudi diasporu üçün mədəniyyət və təhsil mərkəzinə çevrilməsini, beləliklə "yəhudi xalqının assimilasiyaya uğraması təhlükəsi"nin aradan qaldırılmasını dəstəkləyir.

İnqilabi sionizm

[redaktə | mənbəni redaktə et]

Avraam Şteri, İsrael EldadUri Tsvi Qinberq tərəfindən yaradılan inqilabi sionizm sionizmi yəhudiləri bir-araya gətirmək, ivrit dilini yenidən canlandırmaq və İsrail Torpağında yəhudi dövləti qurmaq üçün inqilabi bir mübarizə hesab edir.[2] 1940-cı illərdə Lehi hərbi qrupunun üzvləri olan inqilabi sionistlər Fələstində Britaniya mandatını devirmək və yəhudi müstəqilliyi üçün yol çəkmək uğrunda Böyük Britaniya hakimiyyətinə qarşı partizan müharibə aparmışdır. İsrail Dövlətinin qurulmasından sonra bu ideologiyanın rəhbər xadimləri sionizmin İsrail Dövlətini qurmaq barədə olduğunu yox, ivrit dilində Malxut Yisrael (azərb. İsrail Krallığı‎) adlanan bir dövlətin qurulmasında istifadə edilən bir vasitə olduğunu irəli sürürdülər.[3] İnqilabi sionistlər bəzən revisionist sionistlərlə səhv salınır, ancaq onlar arasında mühüm fərqlər var. Revisionist sionistlər Britaniya İmperiyasının Millətlər Birliyi daxilində bir olan yəhudi dövləti qurmaq istəyən sekulyar milliyətçilər idilər, inqilabi sionistlər isə Yərusəlim məbədinin yenidən inşa edilməsi və İsrail Krallığının yenidən qurulmasını milli məsihçiliyin bir formasının təsis edilməsini arzulayırdılar.[4] İnqilabi sionizm anti-imperialist fikirləri dəstəkləmiş, həm sağçı, həm də solçu milliyətçiləri öz üzvləri arasına daxil etmişdir.

border=none Əsas məqalə: Dini sionizm

Mizrahi hərəkatının qurucusu İtshak Yakov ReynesAvraam İtsk Kuk tərəfindən yaradılan dini sionizm yəhudi milliyətinin qorunub-saxlanılması və İsrail Dövlətinin qurulmasının Tövratdan törəyən dini bir vəzifə olduğuna inanır. İsrail Torpağının geri alınmasının yalnız məsihin ikinci dəfə qayıtmasından sonra baş verəcəyinə inanan qeyri-sekulyar yəhudi icmasından fərqli olaraq, dini sionistlər torpağın xalq tərəfindən geri qaytarılmasının məsihin bir əmri olduğuna inanırlar. Şüarları – İsrail Tövratına görə İsrail Torpağı İsrail xalqınındır (ivr.ארץ ישראל לעם ישראל לפי תורת ישראל‏‎). İndiki dövrdə onlar "dindar milliyətçilər" və "mühacir" adlandırılırlar.

İslahatçı sionizm

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İslahatçı sionizm

İslahatçı sionizm və ya Tərəqqipərvər sionizm iudaizmin və sionizmin tərəqqipərvər qoludur. Onların hədəfi "İsraili müqəddəs canlar və islahatçı yəhudilər üçün fundamental etməyə cəhd göstərmək"dir.

  1. "The First Zionist Congress and the Basel Program". Jewish Virtual Library. 2016-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
  2. Eldad, 1971. səh. 47–49
  3. Eldad, 1971. səh. 45
  4. Eldad, 1971. səh. 37

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]