Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir.