Siqrid Sepp (d. 2 iyul 1998) — Estoniyalı üzgüçü. Siqrid Sepp Latviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi.
Siqrid Sepp | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Siqrid Sepp |
Vətəndaşlığı | Estoniya |
Doğum tarixi | |
Doğum yeri | Tallin, Estoniya |
İdman növü | Üzgüçülük |
Boyu | 183 sm |
28 may 2019 tarixində yenilənib. |
Siqrid Sepp birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 36-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.[1][2]
Sepp 24 dəfə uzun və 12 dəfə qısa məsafəyə üzgüçülük yarışları üzrə Estoniya çempionu olmuşdur. O, 6 Estoniya üzgüçülük rekordunun müəllifidir.[3]
Onun bacısı Ketlin Sepp də peşəkar üzgüçülüklə məşğuldur.