Sirk mənim həyatımdır (film, 1978)

Filmdə Azərbaycan milli sirk ənənələrini müvəffəqiyyətlə davam etdirən respublikanın xalq artisti Xosrov Abdullayevdən, onun maraqlı yaradıcılıq yolundan, yaratdığı yeni illüzion revyusundan, sirk truppasının SSRİ-də, habelə müxtəlif xarici ölkələrdəki çıxışlarından, tanınmış jonqlyorun bənzərsiz proqramından söhbət açılır. Filmdə həmçinin Azərbaycan milli sirk kollektivinin təşəkkül tapması haqqında danışan kino və foto arxiv sənədlərindən də istifadə edilmişdir.

Sirk mənim həyatımdır
Janr bioqrafik
Rejissor Cahangir Zeynallı
Ssenari müəllifi Rəfael Şik
Operator Şərif Şərifov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1978
Texniki məlumatlar 2 hissə
534 metr
35 mm
Rəng rəngli

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Cahangir Zeynallı
Ssenari müəllifi: Rəfael Şik
Operator: Şərif Şərifov
Səs operatoru: Kamal Seyidov