Sistem qurğusu

Sistem bloku - Kompüterin ən əsas hissəsi sistem blokudur. Onun içərisində kompüterin işini idarə edən elektron sxemlər ( mikroprosessor, əməli yaddaş , qurğuların kontrollerləri və s.) qidalandırma bloku, disk qurğuları ( disket, sərt disk, kompakt disk üçün ) müxtəlif şinlər və s. qurğular yerləşir. Elektron plataların üzərində müxtəlif təyinatlı mikrosxemlər, elementlər və s. vardır. Kompüterdə olan ən böyük " elektron sxem " ana.Onun üzərində əməli yaddaş yerləşdirilir, şinlər birləşdirlir, BİOS quraşdırılmış olur, kompüterin bəzi qurğularının işini idarə edən elekton sxemlər kontrollerlər – uzlaşdırıcı nəzarətedici qurğular quraşdırılmış olur və ya əlavə edilir və s. Klaviaturun kontrolleri ana platanın üzərində olur. Müasir kompüterlərdə Sound Blastr ( səs kartı) , Video card da ana platanın tərkibində ola bilir.Kompüterin bütün qurğuları şinlər vasitəsilə bir -birinə qoşulur və informasiya mübadiləsi aparırlar. Şinləri iki istiqamətdə maşın və hərəkət edən magistral yollara bənzətmək olar. İnformasiya şinlər vasitəsilə həm qəbul edilir, həm də ötürülür. Prosessor və əməli yaddaş şinə birbaşa birləşir, qalan qurğuların hamısı ilə ilə xüsusi uyğunlaşdırıcı, uzlaşdırıcı qurğular – kontrollerlər (klaviaturun kontrolleri, disk qurğularının kontrolleri, videoadapter və s.) vasitəsilə şinlərə birləşir. Sistem blokun daxilində müxtəlif şinlər vardır. Onlar zahirən enliliyinə (məftillərin sayına) görə fərqlənirlər. Daşıdığı funksiyalara görə onlar bir – birindən mübadilə etdiyi informasiyanın formasına, sürətinə və s. görə fərqlənir. Kompüterdə informasiya mübadiləsi zamanı informasiyanı müxtəlif səviyyələrdən əsas səviyyəyə (enli şinə ) keçməsini təmin etmək üçün şlüzlərdən (kontrollerlərdən) istifadə olunur. Şlüz – informasiyanın bir səviyyədən digərinə keçidini təmin edən qurğudur, proqramdır.

Müxtəlif qurğurların (prosessor, vinçester, şin floppi disk, əməli yaddaş və s.) informasiyanı oxuma, qəbul etmə, ötürmə sürəti müxtəlifdir. Onlar arasında informasiya mübadiləsini təmin etmək üçün uzlaşdırıcılardan (kontroller, adapter) şlüzlərdən istifadə olunur. Proqramlar və verilənlər, hesablamalarda alınan aralıq nəticələr və ümumiyyətlə maşında istifadə olunan istənilən növ informasiya kompüterin yaddaşlarında saxlanılır və yaddaşın müxtəlif növləri var. Kompüterin daxili və xarici yaddaşı olur. Daxili (əsas) yaddaş daimi və əməli yaddaşdan, yarımdaimi yaddaşdan və s. ibarətdir. Kompüterin işə başlaması üçün daxili yaddaşın olması vacibdir, xarici yaddaş bəzi hallarda "olmaya da” Məsələn : terminallarda belədir.(əslində o var, sadəcə fiziki olaraq sistem blokunda deyil) Terminallardan müxtəlif məqsəqlərlə istifadə olunur: informasiyanın qorunması, müxtəlif istifadəçilərin eyni zamanda ümumi informasiya bazası ilə işləməsi və s. Böyük firmalarda terminallardan istifadə olunmasında əsas məqsəd ümumi baza ilə işləməkdir. Terminalın klaviatura, monitor, mausdan başqa informasiya mübadiləsinə lazım olan heç bir periferik qurğu üçün interfeysi olmur, yəni bu kompüterdən heç bir informasiya çıxarmaq mümkün deyil və informasiyanı almaq, saxlamaq üçün əsas kompüterin vinçesterindən istifafə olunur, hətta ƏS də əsas kompüterdən (server) yüklənə bilər. Deməli, termilnalın adi kompüterdən fərqi onun vinçesterinin olmamasıdır və terminalın gücünün adı kompüterlərin gücündən çox aşağı olması onun işinə heç bir maneçilik törətmir. Verilənlərin yadda saxlanmasının ən sürətli üsulu onların elektron mikrosxeminə yazılmasıdır. Əməli yaddaş belə növ yaddaşdır. Prosessor əməli yaddaşa çağırılmış proqramlardan istifadə edərək əməli yaddaşa yazılmış verilənləri emal edir və alınmış nəticələri yenidən əməli yaddaşa (yadda saxladıqda isə vinçesterə ) yazır. Deməli, əməli yaddaşa verilənləri yazmaq və oxumaq mümkündür. Kompüteri elektrik şəbəkəsindən ayırdıqda, yaxud əməliyyat sistemini yenidən yüklədikdə əməli yaddaşda olan informasiya itir, deməli əməli yaddaş enerjidən asılı olan yaddaş növüdür. Bu yaddaşı RAM (İxtiyari müraciət yaddaşı - random acces memoru - память с произвольным доступом) adlandırırlar. Əməli yaddaş oyuqlardan (xanalardan) ibarətdir. Hər oyuqda bir bayt həcmində informasiya saxlanıla bilir. Hər oyuğun öz ünvanı var, bunu oyuğun nömrəsi də hesab etmək olar. Ona görə belə oyuqları ünvanlı oyuqlar da adlandırırlar. Prosessor verilənləri əməli yaddaşa göndərəndə bu verilənlərin yerləşdiyi ünvanı yadda saxlayır. Həmin ünvana müraciət etməklə oradakı informasiyanı tapır. Qeyd etdiyimiz kimi, əməli yaddaşda verilənlər baytlarla yadda saxlanılır. Əməli yaddaşda yerləşdiriləcək informasiyanın tutumu əməli yaddaşın həcmindən asılıdır. Daimi yaddaşdan isə verilənləri ancaq oxumaq mümkündür. İstifadəçi daimi yaddaşa yeni heç nə yaza bilməz, verilənlər oraya kompüterin hazırlandığı mərhələdə yazılır. Daimi yaddaş BİOS adlanır, ona yazılan proqramların böyük hissəsi daxiletmə - xaricetməyə xidmət edir, həmdə kompüterə müxtəlif ƏS – ləri ilə işləməyə imkan yaradır. (Basic İnput - Output System—Daxiletmə - Xaricetmənin Baza Sistemi- -базовая система ввода - вывода) . Kompüter BİOS - da olan verilənləri ancaq oxuya bilər, onları dəyişdirə bilməz. Yaddaşın belə növü ROM (Ancaq oxumaq üçün yaddaş - read only memory—память только для чтения) adlanır. İndiki ana plataların üzərində yerləşən BİOS - da dəyişikliklər etmək olur və bu işi xüsusi şəraitdə profesionallar görə bilər. Kompüterin dayaniqliğını artırmaq üçün 2 BİOS – lu (Dual BİOS ) ana platalarlardan istifadə olunur. BİOS enerjidən asılı olmayan yaddaş növüdür, yəni elektrik cərəyanı ilə qidalanma kəsildikdə onda olan informasiya silinmir. BİOS - da kompüterin konfiqurasiyasını sazlamaq üçün proqram ( SETUR ) yerləşir, amma kompüterin konfiqurasiyasında edilmiş dəyişikliklər CMOS - a yazılır. CMOS kompüterin konfiqurasiyasının parametrlərini qorumaq üçün istifadə olunan, çox da böyük olmayan yer tutan yarım daimi yaddaşdır. CMOS (complementary metal - oxide semikonduktor)- bu texnologiya ilə hazırlanmış mikrosxemlər enerjidən az istifadə etməklə informasiyanı uzun müddət yadda saxlaya bilir. CMOS – da olan informasiya itmir. Onun içərisində real vaxt ( sistem vaxtı ) kompüterin diskləri ( vinçester, lazer disk, floppi disk və s. ) tanıması üçün lazım olan informasiya, müxtəlif növ xidməti informasiya və s. saxlanılır. Sistem blokun şəbəkədən çox uzun müddətli ayrılması nəticəsində akkumlyator boşalarsa və akkumlyator yenisi ilə əvəz olunanda CMOS – da olan informasiya itir və bu zaman kompüter işə qoşulduqda yenə də CMOS boş olmayacaq, çünki susma qaydasına görə ( default rejimində ) BİOS –da olan informasiya CMOS -a köçürüləcək. Aşkardır ki, bu zaman müxtəlif problemlər yaranacaqdır. Məsələn, tarix və saat Ana palatanın "zavodda qoyulduğu vaxtdsan başlanaraq hesablanacaq”, hər hansı bir disk görünməyəcək və s. CMOS - un tərkibini görmək və onda dəyişikliklər etmək üçün CMOS setup proqramını işə salmaq lazımdır. Bu proqrama kompüteri işə salanda və ya yenidən yükləyəndə daxil olmaq olur. Ümumiyyətlə kompüteri alan kimi hər ehtimala qarşı CMOS –un bəzi veriənlənlərini yazmaq məsləhətdir. Kompüterdə başqa növ yaddaşlar da vardır:videokartın yaddaşı, kontrollerlərin yaddaşı və s. Əməli yaddaş mikrosxemləri verilənləri yadda saxlama və çox tez ötürmə qabiliyyətinə malikdir, onlar informasiyanın emalı üçün çox əlverişlidir. Aamma informasiyanı uzun müddətə qorumaq üçün başqa vasitələrdən istifadə olunur, çünki orada yerləşən infornmasiyanın saxlanması enerjidən asılıdır, yəni enerji kəsilən kimi informasiya itir. Biz nəyi isə uzun müddətə yadda saxlamaq üçün onu qeyd dəftərçəsinə yazırıq. Kompüteri " Qeyd dəftərçəsi " maqnit, optik və s. disklərdir. Disklər kompüterin xarici yaddaşıdır: disket ( floppi disk ) adlanan disklər , lazer diskləri və sair mövcuddur. İnformasiya daşıyıycısı kimi maqnit disklərindən daha çox istifadə olunur, onlar enerjidən asılı olmayan informasiya daşıyıcısı sinfinə daxildirlər. Maqnit disklərinə sərt disk və floppi diski ( disket ) misal gösttərə bilərik. Disketin həcmi böyük deyil və onların informasiya mübadilə sürəti başqa disklərə nisbətən çox aşağıdır . Kompüterin yaddaşındakı informasiyanı disketə köçürmək və həmin disketin məzmununu başqa kompüterdə oxumaq mümükündür. Həm də disketdəki informasiyanı kompüterin yaddaşına yazmaq olar. Floppi diskin iki üzü, hər üzdə 80 cığır, hər cığırda 18 sektor vardır. Ona görə də disketin ümumi həcmi 2* 80 *18* 0,5 = 1440 Kbayt ( 1, 44 Mb) – dır. Disketdə olan informasiyanı qorumaq üçün disketin arxa tərəfində hərəkətli plasmas hissə var ki, onu 2 vəziyyətdə qoymaq olur: həmin hissənin 1 - ci vəziyyətində diski həm oxumaq həm də dəyişikliyi etmək olur. 2 – ci vəziyyətində isə diski ancaq oxumaq mümükünüdür.

Sərt disk ( vinçester ) proqramlar, verilənlərin uzunmüddətli yadda saxlanması üçün istifadə olunur və texniki nöqteyi nəzərdən eyni oxa keçirilmiş, hermetik metal qutuda yerləşən maqnit disklər yığımından ibarətdir. İnformasiya yığımda olan hər bir diskin hər iki səthində saxlanilır. Kompüter söndürüldükdən sonra vinçesterdə olan informasiya silinmir. Sərt disklərin həcmi çox böyük olur. Onlarn çox böyük sürətə malikdir. Xüsusi hallarda vacib olduqda onu mütəxəssis çıxara bilər. Sərt dikin üstü örtülü ( hermetik ) olur, əks halada xırda toz zərrəcikləri onu xarab bilər. Qeyd etdiyimiz kimi, vinçesterdə cox böyük tutumlu informasiya saxlamaq üçün onu " çoxmərtəbəli " edirlər. Sərt disk əslində bir neçə diskdən ibarət olsa da o, şərti olaraq bir disk hesab edilir. Indi çıxarılıb daşına bilən, öperativ dəyişdirilə bilən sərt disklər də vardır.