Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sistem saatı (system clock) – 1. Kompüterdə bütün əməliyyatların sinxronlaşdırılması üçün sabit qiymətli takt impulsları ardıcıllığını generasiya edən elektron sxem. Sistem saatı, adətən, saniyədə milyonlarla dövrə ilə hesablanan müəyyən tezliyə malik olur ki, bu da saatın sxeminin içərisində olan kvars kristalı vasitəsilə təmin olunur. Kompüterlərin takt tezliyi (CLOCK RATE), onun ümumi sürətini müəyyənləşdirən başlıca amildir, ancaq kompüterin maksimal sürəti onun başqa qurğularının da həmin tezlikdə işləyə bilməsindən asılıdır. 2. Kompüterdə vaxtın və tarixin hesabını aparan və batareya ilə işləyən sxem. Tut: CLOCK/CALENDAR.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.