Sistemli analiz

Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır.

Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir.

Sistemli analizin tərifi

[redaktə | mənbəni redaktə et]
  • O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır.
  • Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir.
  • Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
  • əsas diqqəti hədəfə yönəldir və məqsədəuyğun düşünməyə vadar edir.

Sistemli analizin alqoritmi

[redaktə | mənbəni redaktə et]
  1. Problemin qoyuluşu – tədqiqata başlama momenti. Mürəkkəb sistemlərin araşdırılması zamanı bu metodologiyanın qarşısında strukturlaşmış problem ilə işləmək durur.
  2. Problemin problematikaya qədər genişləndirilməsi. Yəni qarşıya qoyulmuş problem ilə əlaqədar olan digər problemlər sisteminin də tapılması. Bu zaman həll olunması mümkn olmayan problem nəzərə alınmır.
  3. Hədəflərin müəyən olunması. Problemin mərhələli həlli üçün hərəkət edilməsi lazım olan istiqaməti müəyyən etməyə hədəflər kömək edir.
  4. Meyarların müəyyən edilməsi. Meyarlar – sistemin qarşısında qoyulmuş hədəfə çatmaq üçün əldə edilmiş nailiyyətlərin nailiyyət göstəricisidir. Meyar həmçinin mövcud alternativ həllər çoxluğundan ən düzgün olanını seçmək üçün lazımdır.
  5. Meyarların aqreqatlaşdırılması. Müəyyən edilmiş meyarlar ya bir qrupda birləşdirilə bilər, ya da ki, onların hamısını izah edən ümumi bir meyar ilə əvəz oluna bilər.
  6. Alternativlərin generasiya edilməsi və meyarlar çoxluğunun köməkliyi ilə onların arasından ən yaxşısının seçilməsidir. Alternativlər çoxluğunun yaradılması sistemli analizin yaradıcılıq mərhələsidir.
  7. İnformasiya resursları da daxil olmaqla, bütün resursların imkanlarının tədqiq olunması
  8. Problemin həlli üçün formalizasiyaların (metodların və məhdudiyyətlərin) seçilməsi
  9. Sistemin qurulması
  10. Aparılmış sistemli analizin nəticələrindən istifadə edilməsi.[1]

Sistemli analizin metodlarının və modellərinin işlənib hazırlanması zamanı, qərar qəbul etmə zamanı mövcud metodlar və həllər arasından ən effektlisinin seçilməsi lazımdır. Bu məqsədlərə mövcud metodları qruplara ayırmaq, onların xüsusiyyətlərini müəyyənləşdirmək və həmin metodun hansı hallarda istifadə edilməsi üçün tövsiyələr vermək lazımdır.

  1. "Sistemli analizin strukturu" (PDF). 2022-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-24.