Sitoxromlar

Sitoxromlar — tərkibində dəmir olan zülallar aerob bakteriyalarda elektron daşınmasında iştirak edir. Bütün sitoxromların tərkibində dəmir porfirin saxlayan prostatik qruplar olur. Bu baxımdan onlar hemoqlobin və mioqlobini xatırladır. Katalitik proseslərdə sitoxromun Fe2±i valentini dəyişir.

Sitoxromun adının mənası və kəşfi

[redaktə | mənbəni redaktə et]

"Sitoxrom" sözü latınca "sito" hüceyrə, "xromo" boya deməkdir. İlk dəfə K.Mak-Mun sitoxromu 1866-cı ildə müəyyən etmişdir. Lakin onun bioloji oksidləşmədəki əhəmiyyəti 1925-ci ildə D.Keylin tərəfindən öyrənilmişdir. D. Keylin spektroskopiya üsulu ilə müəyyən etmişdir ki, sitoxromlar içərisində ən asan ekstaksiya olunan və əldə edilən sitoxrom c-dir. Qatı duz məhlulu ilə mitoxondridən c sitoxromunu ekstrasiya etmək olur. Hüceyrənin mitoxondrilərində (insan və heyvan) b, c, c1, a, a3 sitoxromları tapılmış və fərdi halda öyrənilmişdir. Onların molekulyar nisbəti ehtimal edilir ki, sabitdir.

Sitoxromoksidaza

[redaktə | mənbəni redaktə et]

Zəncirdə olan axırıncı sitoxrom oksigenlə reaksiyaya girir və o sitoxromoksidaza adlanır.

  • Məhərrəmov A. M., Allahverdiyev M. Ə. Bioüzvi kimya. Dərs vəsaiti. Bakı, Çaşıoğlu, 2009.-384 səh.